Yaqub Zurufçu reanimasiyaya yerləşdirildi

12:49 09-09-2021 | icon 743 | Mədəniyyət
Yaqub Zurufçu reanimasiyaya yerləşdirildi

Azərbaycanın əməkdar artisti Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib.

 

Versus.Az xəbər verir ki, bu barədə müğənninin həyat yoldaşı Aynur Zurufçu deyib.

 

O bildirib ki, sənətçi bir həftə əvvəl COVID-19-a yoluxub:

“Yeni Klinikaya köçürülüb. Yaqub müəllimin vəziyyəti ağırlaşıb. Millət vəkili Qənirə Paşayeva mütəmadi olaraq zəng vurub əlaqə saxlayır. Məsələ Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir. Prezidentin köməkçisi Anar Ələkbərovla danışdım. Dedi ki, nə lazımdırsa, dövlət səviyyəsində həll ediləcək. Hər şey olunur. Amma vəziyyəti çox ağırdır”.

 

Aynur Zurufçunun sözlərinə görə, 65 yaşlı əməkdar artist dünən intensiv şöbəyə köçürülüb:

“Mən də yanında idim, hər şeyə nəzarət edirdim. Hər şey birdən-birə oldu. Vəziyyəti birdən ağırlaşdı. Özü də diqqətli insandır. Analiz verdi, cavabı çıxan günün sabahı xəstəxanaya yerləşdi. Bir həftə palatada qalıb. Dünən intensiv şöbəyə köçürülüb. Orada vəziyyəti ağırlaşıb və reanimasiyaya yerləşdirilib.

Dünən gecədən reanimasiyadadır. İntensiv şöbədə yanında idim. Həkimlərlə danışdım, koronavirus elə bir xəstəlikdir ki, ABŞ-da da, burada da müalicəsi eynidir. Sadəcə deyirlər ki, ürəyi zəifdir. İynələrə ürəyi tab gətirsə, bəlkə sağala bilər”. /publika.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...