“Milli maraqlarımızı qorumalı və xarici təpkilərə qarşı çıxmalıyıq”

07:28 10-09-2021 | icon 529 | Siyasət
“Milli maraqlarımızı qorumalı və xarici təpkilərə qarşı çıxmalıyıq”

“Tədbirlər görülməlidir ki, siyasi düşərgəyə bir qədər mədəniyyət gəlsin”

 

Sentyabrın 9-da başlayan iqtidar-müxalifət partiyalarının onlayn konfransı üç saat davam edib. 45 Partiyanın iştirak etdiyi konfransda 20 partiyanın nümayəndəsi müxtəlif məsələlər ətrafında çıxışlar edib.

 

Versus.Az xəbər verir ki, tədbirdə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonrakı reallıqlara və siyasi dialoqa, o cümlədən Qarabağda həyata keçirilən bərpa işlərinin gedişinə dair məsələlər ətrafında müzakirələr aparılıb.

 

Konfrans Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü və sədrliyi ilə baş tutub.

 

 

 

 

"Maarifləndirmə işlərini genişləndirməliyik"

 

Onlayn konfransda iştirak edən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fual Əliyev çıxışında Azərbaycan xalqının tarixində illər, əsrlər boyu xatırlayacağımız kədərli günlərin olmasından danışaraq, həmin bu kədərli günlərin demək olar ki, hamısının bir millətin - bizim Cənubi Qafqaz regionuna gəlmə olan, qonşu erməni milləti ilə əlaqədər olduğunu vurğulayıb:

 

“Erməni-daşnak quldur birləşmələri azərbaycanlılara qarşı qətliamlar həyata keçirir, torpaq iddiaları irəli sürür. İyirminci yüzillik başdan-başa azərbaycanlıların kütləvi qırğınları, yerini-yurdunu tərk etmələri, sürgünlük taleyi yaşamaları ilə müşahidə olunur. 1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953 illər və nəhayət 1988-ci ildən bəri baş verən hadisələr erməni faşizminin, vəhşiliyinin bariz nümunəsidir. 1990-cı il 13 yanvardan başlayaraq erməni quldurların Bakıda öz millətinin nümayəndələrinə qarşı törətdiyi vandalizm, 20 Yanvar faciəsinə gətirib çıxartdı və yenə də Azərbaycan xalqı yüzlərlə Şəhid verdi. 31 mart azərbaycanlıların soyqırımı isə 1992-ci il fevral ayının 26-da Xocalıda təkrarlandı. Xalqımız bu tarixləri heç vaxt yaddan çıxartmayacaq”.

 

Siyasi partiyaların bu konfransının “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” adı altında keçirildiyini vurğulayan ALDP sədri qeyd etdi ki, 8 noyabr Zəfər bayramı yaxınlaşır:

 

“Keçən il 27 sentyabrdan başlayaraq müzəffər ordumuz Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Düz 30 ilə yaxın idi ki, biz rayonlarımızın işğal günlərini yada salırdıq. Artıq bu, keçmişdə qaldı. Artıq biz rayonlarımızın işğaldan azad olunan günlərini bayram kimi qeyd edirik. Əsgərlər və zabitlər öz işini ləyaqətlə gördülər. Hesab edirəm ki, biz siyasi partiya rəhbərləri necə ki, 44 gün ərzində bütün dünyaya birliyimizi nümayiş etdirmişdik, indi də gedən informasiya müharibəsində həmin birliyi nümayiş etdirməliyik. Azərbaycanın milli maraqlarını qorumalıyıq və xarici təpkilərə qarşı çıxmalıyıq. Azərbaycan hər birimizin vətənidir. Vətənimiz uğrunda, xalqımızın, millətimizin gələcəyi naminə çalışmalı, birgə yol getməliyik. Qüvvələrimizi bu istiqamətə yönəltməliyik. Düzdür, erməni işğalçıları üzərində zəfər qazandıq. Ancaq indi zəfərimizi qorumalıyıq. Çünki bu zəfər bir çox ölkələrin, ermənipərəst qüvvələrin təşvişinə, narahatlığına səbəb olub. Biz siyasi partiyalar olaraq ideoloji mübarizəmizi gücləndirməliyik. Gənclərimizə vətənpərvərlik hisslərini aşılamalıyıq, maarifləndirmə işlərini genişləndirməliyik. Bütün siyasi partiyalar gücünü ölkəmizin müstəqilliyinin, torpaqlarımızın bütövlüyünün qorunmasına toplamalıdır”.

 

Fuad Əliyev hesab edir ki, Azərbaycanı açıq səkildə dəstəkləyən Türkiyə, Pakistan, İsrail və Şimali Kipr Türk Respublikası ilə dost və qardaşlıq münasibətləri genişləndirməli və münasibətləri qorumalıdır.

 

 

 

“Bizə baxan insanlar da görsünlər, nəsə götürsünlər”

 

Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov bildirib ki, müzakirələr zamanı eyni zamanda 44 günlük mühribədən sonra partiyaların tutduğu mövqe, görəcəyi işlər, yanlışlar seçki qanunvericiliyi, proporsional seçkinin bərpa olunması, parlamentdə boş yerlrərə seçkilərin keçirilməsi, siyasi mədəniyyət məsələləri, partiyaların bir-birini təhqir etmə, böhtan atmaları ilə bağlı çox məsələ və narazılıqlar önə çəkilib.

 

Son vaxtlar mətbuat meydanında ADP sədri Sərdar Cəlaloğlu ilə fikir gərginliyi yaşayan Abutalıb Səmədov konfransda bu məsələ ilə bağlı müəyyən notları önə çəkdiyini deyib:

 

“Konfransda tələb elədim ki, böhtan, təhqir hallarının qarşısının alınması üçün məlumatlar ciddi şəkildə araşdırılsın. Əgər həqiqətən də hansısa xarici dövlətə xidmət edən adamlar varsa, onların haqqında ən ciddi tədbirlər görülsün. Əgər haqqımda belə faktlar varsa, ciddi tədbirlər görülsün”.

 

A.Səmədov bildirib ki, bu cür təhqirlərə yol verən adamlar  haqqında tədbirlər görülməlidir ki, siyasi düşərgəyə bir qədər mədəniyyət gəlsin:

 

“Bizə baxan insanlar da görsünlər, nəsə götürsünlər”.

 

A.Səmədov hesab edir ki, ümumən tədbir maraqlı keçib və belə müzakirələr davamlı olmalıdır.

 

SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI