“Ermənistanla haqq-hesabı yenidən çürütmək lazım gələcək”

10:07 10-09-2021 | icon 811 | Siyasət
“Ermənistanla haqq-hesabı yenidən çürütmək lazım gələcək”

Qabil Hüseynli: “Bu, həddini aşmaq, Azərbaycanı nəyəsə təhrik etməkdir”

                 

Azərbaycan ərazilərində qalan erməni tör-töküntüləri öz havadarlarının dəstəyi ilə bu dəfə Qarabağın mərkəzi şəhərindən – Xankəndidən Azərbaycan dövlətinə, onun ərazi bütövlüyü və suverenliyinə qarşı hədyan bəyanatlar səsləndirdi. Xankəndidə sülhməramlıların arxasında gizlənən separatçı ünsürlər təzədən ölkəmizə meydan oxumaqda davam edir. Ermənistan niyə revanşist çıxışlarından imtina etmir?

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki,  ermənilərin Azərbaycanın tarixi türk toponimini mənimsəyib, erməniləşdirib ona “Artsax” deyərək, guya dövlət kimi müstəqilliyini qeyd etməsi erməni həyasızlığının son həddidir. O, son vaxtlar ermənillərin Laçın dəhlizinə tam sahiblənmək üçün onu tam bağlayacaqları ilə bağlı çıxışlarını da bu mənada cəfəngiyyat adlandırıb. 

 

Politoloq bildirib ki, erməni tör-töküntüləri belə davakar bəyanatları əsasən Rusiyadan və yaxud ordan çıxandan sonra verirlər:

 

“Belə qənaətə gəlmək olar ki, ruslar erməniləri fitnəliyir, qızışdırır. Ermənilər ruslardan ruh alaraq, “yeni ordu quracağıq, torpaqlarımızı geri qaytaracağıq”, kimi sərsəm fikirlər səsləndirirlər. Bu, həddini aşmaq, Azərbaycanı nəyəsə təhrik etməkdir”.

 

Q.Hüseynli qeyd edib ki, Azərbaycan onsuz da ermənilərin və onların keşiyində dayanan rus sülhməramlılarının hərəkətlərindən bir növ boğaza yığılıb və Azərbaycan ordusu ermənilərin sərhədlərdə, xüsusilə də Şuşa bölgəsində yerləşən hərbi hissələrimizə qarşı müxtəlif təxribatçı hərəkətlər törədirlər.

 

Politoloq hesab edir ki, sərhədlərdə erməni təxribatları cavabsız qalmasa da, Azərbaycanı düşündürü:

 

“Kimdir onları buna təhrik eliyən, kimdir bunları ruhlandıran, onların məqsədi, nədir”.

 

Politoloqun fikrincə, bu məsələdə Rusiyanın fitnəkarlığı açıq görünür və bu məsələdə sülh yaratmaq əvəzinə, başıpozuq qüvvələri qızışdırırlar:

 

“Bu gün Laçın dəhlizi Azərbaycanın əraziləri daxilində olsa da, sülhməramlıların nəzarəti daxilində ermənilərə xidmət edir. Onların bu iddialarını anlaya bilmirəm. Ermənilər çox şey istəyə bilər. Amma bu mümkün olan iş deyil. Üçtərəfli razılaşma sənədləri var və Azərbaycan tərəfinə vədlər veriblər. Açığı deməliyəm ki, Ermənistanla haqq-hesabı yenidən çürütmək lazım gələcək. Azərbaycan ordusu, Azərbaycan hökuməti də bu itiqamətdə problemi həll etmək üçün Türkiyə ilə birlikdə ciddi hazırlaşmalıdır. Yoxsa, başıbəlalı xalq hər dəfə özündən yeni bir hoqqa çıxardır. Belə hoqqalarının da getdikcə sayı artır. Ermənilərə yenidən bir dərs vermək lazım gələcək”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin