Deputat Romada Qarabağla bağlı Azərbaycanın mövqeyindən danışıb

16:16 10-09-2021 | icon 496 | Siyasət
Deputat Romada Qarabağla bağlı Azərbaycanın mövqeyindən danışıb

Razi Nurullayev: "Məncə bütün dünya da bu faktı qəbul edib"

 

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Roma şəhərində "Cənubi Qafqazda Regional Stabillik" işçi qrupunun 21-ci konfransında iştirak edib.

 
 
Versus.Az xəbər verir ki, bu barədə Partiyanın Mətbuat Xidmətindən bildirilib.
 
 
Qeyd edək ki, Razi Nurullayev adıçəkilən konfransda Qarabağla bağlı Azərbaycanın mövqeyindən danışıb. Bildirib ki, Dağlıq-Qarabağ münaqişəsi termini yoxdur, Azərbaycan üçün münaqişə bitib:
 
 
"Bundan sonrakı danışıqlar ancaq və ancaq erməni silahlı qüvvələrinin ölkəmizin ərazisindən çıxarılması və Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası, Minsk qrupunun da rolu ancaq bu məsələlər ətrafında təşkilatçılıq ola bilər. Status isə birdəfəlik basdırılıb. Məncə bütün dünya da bu faktı qəbul edib və Azərbaycanı öz ərazisini işğaldan azad etdiyi üçün heç kim qınamır. Bəzi ölkələr isə erməni lobbisinin təzyiqi altında ara-sıra lazımsız fikirlər irəli sürürlər".
 
 
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı