Bu liman Ermənistandan yük avtomobillərini qəbul etmir

10:53 23-11-2018 | icon 437 | Dünya
Bu liman Ermənistandan yük avtomobillərini qəbul etmir

 

Türkiyənin Trabzon vilayətində dəniz limanı vasitəsilə Ermənistandan gələn yük avtomobillərinin boşaldılması qeydə alınmayıb.

 

Versus.Az xəbər verir ki, bu barədə limanın baş direktoru Müzəffər Ermiş bəyan edib. Bildirilib ki, liman rəhbərliyi Türkiyənin Ermənistana münasibətdə siyasətinə sadiqdir:

 

"Ermənistandan gələn yük avtomobillərinin qəbuluna başlamaq və bu ölkə ilə sərhədlərin açılması üçün Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi lazımdır".

 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə KİV-lərində Ermənistanla sərhədlərin guya açılması və bunun nəticəsi olaraq Trabzon limanından erməni məhsullarının Avropa ölkələrinə ixracına başlanması barədə məlumatlar getmişdi.

Xatırladaq ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına cavab olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR