“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

08:56 13-09-2021 | icon 1028 | Siyasət
“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər…”

Hafiz Hacıyev: “Biz kimlərlə, harda nə vaxt, nə iş görəcəyimizi elan edəcəyik”

 

Xəbər verdiyimiz kimi, sentyabrın 9-da Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü və sədrliyi ilə siyasi partiyaların onlayn konfransı keçirilib.

 

Qeyd edək ki, konfransda partiya sədrlərindən bir neçəsi çıxış edərək təkliflər də irəli sürüblər. Konfransda səsləndirilən fikirlərlə bağlı Versus.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bu cür görüşlərin onlayn deyil, canlı olacağına ümid etdiyini bildirib.

 

Partiya sədri vurğulayıb ki, görüşdə cidd məsələlər ortaya qoyulub. Hafiz Hacıyev müzakirə edilən məsələlərlə bağlı əməli işə keçməyin vacibliyini qeyd edib:

 

“Sözdən işə keçməyin zamanıdır. Bilirsiz, şöbə böyük şöbədir. Orda ləyaqətlə işləyən insanlar var. Şöbənin müdirinin özü siyasi baxımdan çox güclü güclü bir insandır. Yəni istərdim ki, konfransda deyilənlər əyani şəkildə həyata keçirilsin. Biz də MMP olaraq müəyyən təkliflər vermşik. İstərdik ki, o təkliflərin hamısı həyata keçirilsin. Yoxsa bir özü, bir papkası olan partiya sədrlərinə söz verib danışdırmağın nə əhəmiyyəti var?”

 

H.Hacıyev bildirdi ki, sözügedən konfrans partiya sədrlərinin görüşü idi sadəcə:

 

“Bu heç də dialoq deyildi. Amma mən istərdim ki, biz üzbəsurət görüşək, canlı müzakirələr aparılsın, təkliflər verilsin və o təkliflərin reallaşması üçün müəyyən addımlar atılsın”.

 

MMP sədri eyni zamanda Azərbaycanda proporsional seçki sisteminin bərpa edilməsi istəyini də dilə gətirib:

 

“Proporsional seçki sisteminin bərpası demək olar ki, bütün partiya sədrlərinin istəyidir. Bununla bağlı partiya sədrlərinin konfransda səslənən fikirləri ciddiyə alınmalıdır. Müzakirələr aparılmalıdır ki, nəyə görə biz bunu istəyirik”.

 

H.Hacıyev vurğuladı ki, görüş davamlı və ən əsası da əyani şəkildə olmalıdır:

 

“Bundan sonrakı görüşlərin Prezidentin iştirakı ilə olması daha yaxşı olar. Çünki ölkədəki problemlərin bir çoxu prezidentdən gizlədilir, onlar açılıb deyilməlidir. Yoxsa ki, konfransda problemləri açıb ortaya qoymaqdansa tost deməyə ehtiyac yox idi. Ölkədə problemlər həddən artıq çoxdur. Bütün bu problemlərin əksəriyyətinin də həll edilməsinin yolu budur ki, ölkədə mütləq demokratik islahatlar keçirilməlidir. Demokratiya, söz azadlığı olmayan yerdə danışmaq xətrinə danışmağın xeyri yoxdur. Baxın, məhkəmə hüquq sistemi bu gün ölü vəziyyətdədir, ölkədə rüşvət içində boğulma var. Hərhalda, gözləyək, görək bundan sonra vəziyyət necə olur”.

 

MMP sədri qeyd edib ki, siyasi partiyalar arasında artıq danışıqlara başlanılıb:

 

“Danışıqlar gedir, müəyyən məsələləri ciddi şəkildə müzakirə edirik. Yaxın vaxtlarda qərarımızı, fikirlərimizi ortaya qoyacağıq və kimlərlə, harda nə vaxt, nə iş görəcəyimizi müəyyənlədirəcəyik, sonra ictimaiyyətə elan edəcəyik. Və hara gedəcəyimizi də göstərəcəyik. Yoxsa ömrümüzün axırına kimi oturub kimlərəsə “ləbbey” deyəsi deyilik ki. İndi kimlərsə yesin, dağıtsın, biz də oturub axşamadək bunlara qoruqçuluq edək, bu da mümkün olan söhbət deyil”.

 

H.Hacıyev onu da bildirdi ki, əgər növbəti görüşlər də əyani deyil, onlayn keçirilsə, yəqin ki, MMP bu görüşdə iştirak etmiyəcək:

 

“Əgər bunları bir özü, bir papkası olan partiyalar qane edirsə, getsinlər onlarla da işlərini qursunlar, Allah xeyirlərini versin”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF