“Avropa İttifaqı dağıla bilər”

13:27 13-09-2021 | icon 731 | Dünya
“Avropa İttifaqı dağıla bilər”

Aleksandr Rar: "Miqrasiya böhranı da parçalanmaya gətirib çıxara bilər"

 

Avropa İttifaqı 10 il əvvəlki maliyyə böhranı zamanı dağılmaq üzrə idi. Yunanıstan Aİ-dən çıxa bilərdi, onu sadəcə saxladılar. Bu gün vəzifəsini tərk etməyə hazırlaşan Almaniya kansleri Angela Merkel də memuarlarında yazır ki, avrozonanın mümkün ləğvi bütün Avropanın dağılmasına səbəb ola bilər.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında məşhur almaniyalı politoloq Aleksandr Rar Avropa İttifaqının çökə biləcəyi ilə bağlı ekspertlərin açıqlamalarına şərh verərkən bildirib.

 

Onun sözlərinə görə, miqrasiya böhranı da eyni nəticəyə - parçalanmaya gətirib çıxara bilər:

 

“İndi isə pandemiya zamanı Avropa ölkələrinin bağlı sərhədlərini görürük. Bu gün Şengen zonasının varlığından kim ciddi danışa bilər?”

 

Politoloq bildirib ki, avropalılar artıq bir-biriləri olmadan yaşamağa alışırlar, anlayırlar ki, sərhədlər yenidən qayıdıb:

 

“Halbuki sərhədlərin olmaması Aİ-nin əsas uğuru idi. Böyük Avropa ideyası psixoloji cəhətdən çökdü. Eyni zamanda, Şərqi Avropa ölkələri getdikcə ənənəvi, Almaniya isə yeni liberal inqilab ideyalarından tutunan postmodernist hala gəlir”.

 

Müsahib bütün bu deyilənləri nəzərə alaraq Avropa İttifaqının dağılacağını söyləyən ekspertlərlə razı olduğunu bildirib:

 

“Təbii ki, bu, SSRİ-də olduğu kimi tez baş verməyəcək. Bu, təkamül prosesi olacaq. Aİ başqa bir şeyə çevriləcək. “Soyuq müharibə” dövründə olduğu kimi, iqtisadi birlik də ola bilər. Düşünürəm ki, pul vahidi - avro qalacaq. Zaman keçdikcə isə “yerli Avropa” və onunla uzaqdan dost olacaq ölkələr, məsələn Norveç qalacaq”. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...