“Taliban”ın dinc əhaliyə qarşı zorakılıq GÖRÜNTÜLƏRİ
“Taliban” hərəkatı üzvlərinin Əfqanıstanda dinc əhaliyə qarşı zorakılığına dair yeni video yayılıb.
Sosial şəbəkələrdə müvafiq görüntüləri yayan əfqanlar talibləri qanunsuzluqda və özbaşınalıqda ittiham ediblər.
Videoda “Taliban”çıların Kabildə yaşayan, lakin əslən üsyançı Pəncşir vilayətindən olan gəncləri avtomobillərin yük hissəsinə salaraq, naməlum istiqamətdə aparması əks olunub.
Baş verənlərə dair hələ ki, heç bir rəsmi açıqlama verilməyib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"