İlqar Məmmədov-Rauf Arifoğlu ÇƏKİŞMƏSİ

12:49 23-11-2018 | icon 913 | Gündəm
İlqar Məmmədov-Rauf Arifoğlu ÇƏKİŞMƏSİ

 

İlqar Məmmədov: “Rauf Arifoğludan başladım, "Yeni Müsavat" qəzetinin redaktorundan

 

 

Rauf Arifoğlu: “Səni Allah silib, cəzanı da ömürlük kəsib, heyfini məndən niyə çıxırsan?”

 

 

“İlham Əliyevdən orden-medal almış bütün siyasi şəxsləri sosial şəbəkədə friend siyahımdan çıxarıram. Rauf Arifoğludan başladım, "Yeni Müsavat" qəzetinin redaktorundan. Friendlərdən belələri varsa və mən hələ bilmirəmsə, bir zəhmət, özləri çıxsın”.

 

Versus.Az xəbər verir ki, bunu Real Partiyasının sədri İlqar Məmmədov özünün “Facebook” səhifəsində yazıb. Partiya sədrinin bu fikirləri “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu hiddətləndirib. O, İlqar Məmmədov həbsdə olduğu müddətdə “Yeni Müsavat” olaraq ona dəstək olduqlarını xatırladaraq “adam siyasi ipləmədir” deyib.

 

Teleqraf.com-a açıqlamasında baş redaktor vurğulayıb ki, “onurğası sındırılmış, təəhhüd götürərək, siyasətdəki daha yekə Məmmədovun öhdəliyinə buraxılmış birisindən nə gözləmək olardı”. Arifoğlunun fikrincə, məntiq və faktla baxdıqda, İlqar bəy təmizləmə işinə türmədən çıxan kimi başlamalı idi:

 

“Və məndən, “Facebook” dostluğunda olan “medalçılar”dan deyil, ən yaxınında olanlardan, ona gerçəkdən və hərmənalı xəyanət edənlərdən başlamalı idi. Müxbirlərimiz, redaktorlarımız dəfələrlə Şəkiyə qədər, məhkəmələrinə gediblər. Ona xəyanət edən yaxınlarının acısını yaşadığı o əzablı günlərdə, hansında ki, məlumatları yeni almışdı və canı-ruhu acıyırdı, biz onun adını və əlini buraxmadıq. Əməkdaşımız Cavanşir Abbaslı mənim tapşırığımla bu illər ərzində hər gün onunla bağlı xəbər və müdafiə mətnləri hazırladı. Mən də bəzi müqavimətlərə, təhlükə və xəbərdarlıqlara baxmayaraq, israrla və son günə qədər onu müdafiə etdim”.

 

Rauf Arifoğlu onu da vurğulayıb ki, İlqar Məmmədov həbsdən çıxanda İlqar və xanımı Cavanşirə və qəzetə minnətdarlıq edib, üstəlik, eksklüziv müsahibə də verib:

 

“Onlar hamısı arxivimizdə qalır. Aylar keçib, bəy birdən-birə “feys”ini təmizləməyə qərar verib. İlk ağlına gələn də Rauf Arifoğlu olub. “Feys”ini pis göstərirəmmiş.

“Feys”in qara olsun, buynuzun qırılsın, sənin ağlını balla yesinlər, İlqar! Səni Allah silib, cəzanı da ömürlük kəsib. Heyfini məndən niyə çıxırsan ki? Məşhur anekdotda deyildiyi kimi, axı mən “heç orda olmamışam”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür