“Jurnalistlər əziyyət çəkir, sosial şəbəkələr qazanır”

16:09 14-09-2021 | icon 668 | KİV
“Jurnalistlər əziyyət çəkir, sosial şəbəkələr qazanır”

Müşfiq Ələsgərli: “Ağırlıq ənənəvi medianın üzərinə düşür”

 

“Sosial media bizim ənənəvi media üçün həm böyük avantaj, həm də böyük problemə çevrilib. Bu, qlobal bir problemdir və həll olunması üçün müəyyən işlər həyata keçirilməlidir”.

 

Versus.Az xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli sosial media ilə ənənəvi media arasındakı mövcud münasibətlərlə bağlı açıqlamasında bildirib.

 

Müşfiq Ələsgərli qeyd edib ki, bu gün ənənəvi medianın istehsal elədiyi informasiyanın yayımında sosial şəbəkələrdən istifadə edilir və hər kəsin sosial şəbəkələrdə hesabı var:

 

“Burda əslində ağırlıq ənənəvi medianın üzərinə düşür. Çünki burda informasiyanı axtaran, tapan emal edən, istehsal edən sizsiniz. Amma sizin istehsal etdiyiniz informasiyaların yayımında qazanan sosial şəbəkələrdir. Burda müəyyən ədalətsizlik prinsipi var. Düzdür, “youtube” kanalında izləyicinizin sayı 100 mini keçirsə, sizə müəyyən ödənişlər olur. Amma 100 minə çatmayan informasiyanıza görə əziyyətinizə ödəniş edilmir”.

 

M.Ələsgərli bildirib ki, keyfiyyətli jurnalistika uğrunda mübarizə aparan beynəlxalq media şəbəkələri sosial şəbəkələrdə yaranmış ziddiyyətlərlə bağlı ənənəvi medianın haqqının qorunması üçün mübarizə aparırlar:

 

“Onların belə bir hesablaması var ki, informasiya texnologiya nəhənglərinin indiyə qədər gəlirləri 900 milyard civarındadır. Onlar 9 milyardın çox hissəsini ənənəvi media və digər xəbər istehsalçılarının paylaşdıqları informasiyalardan qazanırlar. Siz xəbəri hazırlayırsız, yayırsız, əvəzində həmin sosial platformanın auditoriyası genişlənir, reklam verənlər də öz reklamlarını həmin sosal şəbəkələrə verirlər. Deməli, siz əziyyət çəkirsiz, sosial şəbəkələr qazanır”.

 

M.Ələsgərlinin sözlərinə görə, bu ədalətsizliyin aradan qaldırılması üçün peşəkər jurnalistlərin hüquqlarının müdafiəsi şəbəkəsi işlər aparır. Təklif edilir ki, hər bir dövlətdə sosial şəbəkələrin üzərinə 6 faizlik vergi yükü qoyulsun. 6 faiz vergi hesabı ilə 50 milyard gəlir götürülür ki, bu da ənənəvi medianın inkişafına yönləndirilsin:

 

“Ümumiyyətlə, xəbər istehsal edən ənənəvi media ilə yayım platformalarının münasibətlərinə aydınlıq gətirilməlidir. Bu, asan məsələ deyil. Bu gün nəhəng sosial şəbəkələrin gücü o qədərdir ki, onlar hətta Amerika kimi dövlətin başçısına da müəyyən məhdudiyyətlər qoydular. Amma dünyada proses başlanıb və bu məsələlərə aydınlıq gətirilməlidir. Çünki KİV-ə gəlməli olan reklam və elanlar  axıb sosial şəbəkələrə gedir”. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin