Deputatın partiyası Türk məzarlığını ziyarət edib

18:16 15-09-2021 | icon 533 | Siyasət
Deputatın partiyası Türk məzarlığını ziyarət edib

Razi Nurullayev: "Azərbaycan-Türkiyə qardaşlığı dönməzdir"

 

Bu gün Bakının erməni-bolşevik işğalından azad olunduğu gündür. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.

 
 
Versus.Az xəbər verir ki, bu münasibətlə bir sıra siyasi partiyalar Şəhidlər Xiyabanında yerləşən Türk məzarlığını ziyarət edib.
 
 
Deputat Razi Nurullayevin sədri olduğu Milli Cəbhə Partiyası da bu ziyarətdə olub. R.Nurullayev bununla bağlı şəxsi "facebook" hesabında paylaşım edib. Bildirib ki, pandemiya səbəbindən ziyarətdə partiya olaraq az sayda iştirak ediblər.
 
 
Azərbaycan-Türkiyə qardaşlığının dönməz olduğunu vurğulayan R.Nurullayev qeyd edib ki, Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir:
 
 
"Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olub. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edib.
Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
 
 
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı