Paşinyan Azərbaycanı DƏSTƏKLƏDİ

18:32 15-09-2021 | icon 433 | Dünya
Paşinyan Azərbaycanı DƏSTƏKLƏDİ

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırıb.

 

Versus.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumət başçısı Gorus-Qafan yolunda Azərbaycan sərhədçilərinin yük maşınlarını yoxlamasına aydınlıq gətirib.

 

O, postların Azərbaycan ərazisində quraşdırıldığını söyləyib:

 

“Gorus-Qafan yolu 2 yerdə Sovet Ermənistanının ərazisindən çıxır. Postlar məhz həmin yerlərdə qoyulub”.

 

Paşinyan ötən ilin dekabrında yolun Azərbaycandan keçən hissəsindən erməni tərəfinin müvəqqəti istifadə etməsi barədə razılıq əldə olunduğunu deyib. Amma bu razılıq xarici ölkələrin yük maşınlarına şamil edilmirdi. 

 

İrandan gələn yük maşınlarına görə yaşanan problemi də Nikol Paşinyan bununla əlaqələndirib.

 

Faktiki olaraq, Nikol Paşinyan Azərbaycan tərəfinin İranın yük maşınlarını öz suveren ərazisində yoxlamasını dəstəkləyib və razılaşmanı məhz erməni tərəfinin pozduğunu etiraf edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür