İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib.
Qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahidə edilə bilər.
Kristlayfsenin sözlərinə görə, bu buludlar Yer səviyyəsindən 15-30 kilometr yüksəkliklərdə, -70 və -90 dərəcə temperatur dəyişikliyi olarkən yaranıb.
Paylaşım internet istifadəçiləri arasında heyranlıq və təəccüb doğurub.
Qeyd edək ki, bloqer bundan əvvəl möhtəşəm video xatirinə İslandiyadakı Faqradalsfyadl vulkanının ağzında pilotsuz təyyarəni yandırmışdı.