İŞİD-in Afrikadakı lideri öldürüldü
Fransa Prezidenti Emmanuel Makron Afrikanın Sahel bölgəsində İŞİD-in Afrika qitəsindəki liderinin öldürüldüyünü açıqlayıb.
“İŞİD terror təşkilatının Böyük Səhradakı lideri Adnan Abu Valid Əl-Səhrai Fransa hərbçiləri tərəfindən məhv edilib. Bu, Böyük Səhradakı terror qruplaşmalarına qarşı mübarizəmizdə növbəti böyük uğurdur” – Fransa prezidenti qeyd edib.
Qeyd edək ki, Adnan Abu Valid Əl-Səhrai Afrikada İŞİD-in ən nüfuzlu rəhbərlərindən biri olub.
Onun göstərişi ilə 2020-ci ilin avqust ayında Afrikada humanitar yardımla məşğul olan altı fransalı və onların nigeriyalı sürücüsü edam edilmişdi.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"