Eyfel qülləsindən teatr binasınadək məsafəni kəndir üzərində qət etdi
Fransalı Natan Polen Eyfel qülləsindən Şayo teatrı binasınadək məsafəni kəndir üzərində qət edib.
70 metr yüksəklikdə olan 600 metrlik kəndir yolu Sena çayının bir sahilindən digərinədək uzanıb.
Kəndirbaz ayaqyalın olsa da, təhlükəsilik tədbirlərindən də imtina etməyib.
Qeyd edək ki, Natan artıq üçüncü dəfədir kəndir üzərində çayı keçir. O, ilk cəhdini 2017-ci ildə edib və şəhər mühitində ən uzun kəndir yolunu qət etməklə “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"