Niyə susursuz, hörmətli cənab demokratlar? 

10:49 22-09-2021 | icon 744 | Siyasət
Niyə susursuz, hörmətli cənab demokratlar? 

Elçibəyin Xalq Cəbhəsi, yoxsa Əli Kərimlinin Cibheyi Xəlqi?

 

İrana biət edənləri başına yığıb, bu vəsilə ilə İrandan qidalanan, dəstəklənən ‘’Qərb yönümlü siyasətçilər’’,  ya ortaya mövqe qoyun, ya da əbanızı dəyişin...

 

İran-Azərbaycan münasibətlərinin kəskinləşməsi və rəsmi Tehranın ermənipərəst siyasət yürüdərək, Azərbaycana qarşı təhdid dili ilə danışması, haqsızlıq etməsi bəzi sifətlərin üzlərindəki maskanı düşürüb.

 

Məlum olur ki, ayrı zaman vətənpərvərlikdən, Qarabağdan, haqdan-ədalətdən və demokratiyadan danışan bir sıra tənqidçi təşkilat, qrup və şəxslər bu mövzuda susmağa üstünlük verirlər. İran Dağlıq Qarabağdakı separatçı ermənilərə yardım və yanacaq daşıyır, cənub qonşumuzun tanınmış din xadimləri açıq şəkildə Azərbaycanı təhdid, xalqımızı təhqir edir, lakin özünə azərbaycanlı deyən bizim dindarlar ağızlarına su alıb susurlar.  Şeyx həzrətlərindən tutmuş, ölkədəki əksər şiə icmalarının rəhbərləri-hamısı bu haqsızlığa, ermənipərəstliyə münasibətdə demək olar ki, bir cümlə tənqid, yaxud cavab səsləndirmir, ortaya mövqe qoymur, Azərbaycanı müdafiə etmir.

 

Nələr baş verir, siz kimsiniz, o zaman biz kimik? Yaxşı, bunları və bəzi nüansları başa düşdük, inanclı qardaşlarımızın qismən seçim və çətinlik qarşısında qaldıqlarını da anladıq. Bəs o zaman demokratik düşərgə təmsilçilərinə nə deyək? Onların ki, dini xətlə təqlid-müctəhid problemləri yoxdur? Onlar niyə susur?

 

Milli Şuranın mitinqinə icazə verildi: Lökbatanda | KONKRET

 

Konkret olaraq, Azərbaycandakı bəzi iranyanlıları, “Qum uşaqları”nı himayə edən, onlara dəstək çıxan AXCP və Milli Şura rəhbərlərini sorğulamaq istərdik. Niyə susursuz, hörmətli cənab demokratlar? Qarabağa yardım-yanacaq, bəlkə də silah daşıyan İranın hərəkət və davranışlarına qarşı niyə mövqe ortaya qoymursuz, nədən və kimlərdən çəkinirsiz? İqtidarı yenə də tənqid edin -  amma bu vətən həm də sizindir. Arada gündəmdəki mövzulardan da danışın. ‘’Doing Business’’ hesabatı ilə bağlı həvəslə danışırsız, bu mövzudan da istifadə edib, hakimiyyəti, siyasi opponentinizi tənqid hədəfinə çıxardırsız. Xub, amma Elçibəyin Xalq Cəbhəsini də Cibheyi Xəlqə çevirmisiz və bu, görünür, xəbəriniz olsun. Bu, Elçibəyin Xalq Cəbhəsi deyil. Bu, Əli Kərimlinin Cibheyi Xəlqidir! İrana biət edənləri başına yığıb, bu vəsilə ilə İrandan qidalanan, dəstəklənən ‘’qərbyönümlü siyasətçilər’’! Mövqe qoyun, ya da əbanızı dəyişin. Amuli kimi, həftədə bir dəfə feysdə xütbə verin və hakimiyyəti deyil, Azərbaycanı hədəf aldığınızı açıq ifadə edin.

 

Bütün bunlar nə deməkdir? Özlərinə demokratik düşərgə’’ deyən, dedizdirən təşkilat və liderlər, nədən İran məsələsi söz mövzusu olanda susurlar, yayınırlar? Bunun anlamı nədir və siyasətin içində kriptolu, demokrat qılığında İran yanlılarımı var? Özəlliklə, niyə Azərbaycan dindarları Amuliyə, İrana cavab vermirlər?

 

Qanunsuz verilmiş mənzillər alınıb ehtiyacı olan jurnalistlərə  verilməlidir" - Fazil Mustafa » Sfera.az Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

 

Versus.az xəbər verir ki, bu barədə Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa danışıb:

 

“Bu məsələdə Azərbaycanın  müxtəlif spektrində olan adamların öz baxış bucağını açıqlamaları bir vicdan məsələsidir. Burada hər hansı bir şəkildə müxtəlif fiqurlar var ki, gələcəkdə bu münasibətlərin nizama salınmasında müəyyən rol oynaya bilərlər. Məsələn, Şeyx kimi dini statusda olan insanlar. Hazırda ortaya mövqelərin qoyulması çox vacib idi. Belə mövqelərin öz dövlətinə olan münasibətinin parametrlərindən biri sayılmalıdır. Dini yöndə belə tam mövqeyin olmaması onu göstərir ki, Azərbaycanda dini sistem İranın tam təsiri altındadır. Onlar ölkə vətəndaşı olmaqla yanaşı, ruhən dini ilə ora bağlıdırlar. Ona görə açıqlama ortaya qoymurlar. Vicdanı, dövlətinə bağlı olan hər bir şəxs, hətta etnik dini mənsubiyyətindən asılı olmayaraq millətin, dövlətin marağından çıxış etməlidir”.

 

Deputat ən təhlükəli məsələdən söz açdı: 

 

“Burada din xadimləri ilə bağlı məsələ ən təhlükəlisi deyil. Siyasi subyektlərlə bağlı məsələ ən təhlükəlisidir. Vaxtilə Əbülfəz Elçibəyin qurduğu Xalq Cəbhəsi İran tərəfindən Cibheyi Xəlq adlandırılırdı. Əslində hazırda Xalq Cəbhəsi bu vəziyyətə çevrilmiş durumdadır. Biz son illərdə özlərini bu yolun davamçısı sayanların bu yöndə heç bir açıqlamalarına rast gəlmirik. Əksinə, bu təşkilatın başında duran ünsürlər təsəvvür edin ki, dövlət əleyhinə olan İran dəstəkli bir hərəkatın güclənməsinə çalışan Tale Bağırzadənin məktublarını insan haqlarının müdafiəsi adı ilə paylaşmaqla məşğul idilər. Əli Kərimlinin onunla bağlı bütün çıxışlarına diqqət edin. Bu bir mənada hansısa bir dini qruplaşmanın rəhbərini dəstəkləmə anlamına gəlmirdi. Birbaşa başqa yerdən dəstəyi kəsilmiş, elektoral bazası zəif olan bir qüvvənin məhz ölkədə olan İrana bağlı qüvvənin dəstəyinə arxalanmaqla ondan mədət umması kimi qiymətləndirilməlidir. Ermənistanla sərhəd ərazidə o keçən yola biz polis postu qoyaraq nəzarət etməyin yeni üsulunu tapdığımız, riskli addım atdığımız bir vaxtda İran bizə gözdağı vermək üçün, Azərbaycan, Türkiyə və Pakistan hərbi təlimlərinə qarşı birbaşa mane olmaq üçün  manevrlər edərək sərhədimizdə təhdidlər yaradarkən müstəqillik uğrunda vaxtilə mübarizə aparmış bir təşkilatın, İrana qarşı daim sərtliyi ilə seçilmiş Əbülfəz Elçibəyin davamçıları kimi özlərini qələmə verənlərin bu qədər loyal olmalarını heç bir halda təəccüblə qarşılamaq olmaz. Artıq Xalq Cəbhəsi Cibheyi Xəlqə çevrilib. Ona görə də İranla bağlı sərt açıqlamalarına, hər hansı bir addımlarına rast gəlmək mümkün deyil. Bu da olduqca təhlükəli bir durumdur. Əvvəllər belə bir fikir var idi ki, Azərbaycanda dini komponentlər İrandan idarə olunduğuna görə  bu cəmiyyətimizin alt qatlarına basdırılmış minalardır, cəmiyyətimizin gələcəyi üçün ciddi təhlükələr var. İndi artıq siyasətimizin bəzi ünsürləri birbaşa İrandan dəstəklənən fəaliyyət modelinə keçid ediblər. Bunun da acınacaqlısı odur ki, bu o təşkilatın adından edilir ki, həmin təşkilat Elçibəyin başçılığı ilə irançılığın məhz Azərbaycanda ayaq açıb yeriməsinin daim qarşısında dayanıb. Bir sözlə, ölkə siyasətinin gələcəyində təhlükəli rol oynayacaq təşkilata çevriliblər. Hazırda ölkəmizdə əsas müzakirə mövzusu İran təhlükəsi ilə bağlı ortaya konkret mövqe qoymaqdır. Onlar isə mövzudan yayınmağın bütün bicliklərinə əl atıblar. Doğrudur, ölkədə korrupsiya, məhkəmə hüquqsuzluğu filan kimi hallar var. Amma bu gün bunun vaxtıdırmı? Niyə əsas olan İran mövzusuna toxunmursuz? Sanki ölkədə belə bir problem yoxdur. Bizim üçün təhlükə deyil ki, sərhədin o tayında qoşun yığıb hansısa bir tədbir keçirir. Oradan türk əsgəri Naxçıvana gəlib göstərir ki, mən Azərbaycanın yanındayam. Amma siz türk əsgərinin gəldiyi yoldan qısa məsafədə dilinizin ucunda deyiləcək sözlə belə dövlətimizə dəstək vermək istəmirsiniz. Halbuki biz hamımız Azərbaycan dövlətinin yanında olmalıyıq. Onun başında qəbul etdiyin adam ola da bilər, olmaya da”.

 

Deputat bir məsələyə xüsusi diqqət ayırdı: 

 

“Amerikanın İran siyasəti var. Bilirsiniz ki, bu siyasətdə nə qədər gərginlik var. Veriliş aparan şəxs hər zaman Amerika mövqeyindən çıxış edən biridir və bu dəfə yadından çıxıb ki, İranda belə bir ayaqlanma, Azərbaycana qarşı təhdid var, amma yenə də bu mövzu onun üçün aktual olmur. Halbuki bu ABŞ üçün aktual bir mövzudur. Biz hökumətdən müəyyən səbəblərdən narazı olanların milli hədəflərdən yayınmaları üçün edilən cəhdləri görürük. Bu olduqca üzücüdür. Onlar İrandan dəstəklənən, hər an ölkəni qarışdırmağa hazır olan, alt qatımızda dayananların dəyirmanına su tökməklə məşğuldurlar. Məsələn, bu gün Avropadan bir mesaj gəldi. Separatçı görüşləri olan bəzi şəxslərin problemlərinin qabardılması ortaya atıldı. Guya talış xalqı ilə bağlı problem var. Milli Şuranın sədri, əvvəllər milli mövqedən çıxış edən adam sanki separatçı hərəkata dəstək verirmiş kimi tezislər irəli sürür. Özü də Amerikada oturub. Bu gün hamı bilir ki, Qarabağda ölkəmizdəki bütün xalqlar qəhrəmanlıq göstərdi. Hər biri xalqla bir yerdə oldular. Kiçik bir qrupun dövlətimizə qarşı neqativ çalışmalarını məhz bu gün qaldırmaq... Bu, haradan qaynaqlanır? Məhz sərhəddə hərbi təlimi keçirənlər həm də ideoloji təlimi Azərbaycan üzərindən başqa istiqamətdə həyata keçirirlər. Ona görə də burada hamı diqqətli olmalıdır. Bilməlidirlər ki, siyasət, yalandan hakimiyyətdən narazılıq adına müəyyən məsələləri körükləyən qüvvələr bu gün dövlətimiz üçün ölüm-qalım anında düşmənlə bir cinahda, platformada olan bir mövqe sərgiləyirlər. Bu gün həm də müsbət olan o oldu ki, Azərbaycan insanı din xadimini tanıdı. Bəs Hüseyn məktəbindən dəm vururdunuz? Bu məktəb erməniyə işləmək deməkdir?  Hüseyn məktəbi müsəlmana işləmək deməkdir. Necə olur ki, üç müsəlman ölkəsi sənin ölkəndə təlim keçirir, Pakistan o qədər uzaq məsafədən dəstək üçün sənin ölkənə gəlir. Amma yanında olduğun müsəlman sənə dəstək vermir. Təkcə İran məsələsinə deyil, bu gün Cibheyi Xəlqdən narkotik məsələsinə bir mövqe gəlmədi. Halbuki bu da çox ciddi problemdir. Çünki bu mallar İran üzərindən Azərbaycana ötürülür. Onun üçün bu məsələyə də mövqe bildirmirlər. Hakimiyyəti tənqid etmək hər kəsin hüququdur. Amma dövlət məsələsində bu qədər ikiüzlülük, mövzudan yayınma olmaz. Bütün bunlar onu göstərir ki, bu şəxslər xalq hərəkatının modelini bir forma olaraq yaşadıblar. Mahiyyətcə Cibheyi Xəlqə çevriliblər. Xalq bunları unutmamalıdır”. "/Yeni Müsavata"/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi