Xalq artisti Rasim Balayev ailəsi ilə birlikdə Şuşa şəhərinə gedib.
Versus.Az xəbər verir ki, o, ailə üzvləri ilə birgə İsa bulağında - düz 35 il əvvəlki nöqtədə yenidən foto çəkdirib.
2021-ci ilin sentyabrın 19-da Balayevlər ailəsinin çəkdirdiyi şəkil otuz beş il əvvəl eyni məkanda çəkilən foto ilə müqayisə edilib.
R.Balayev ailə üzvləri ilə birgə 1986-cı ilin avqustun 29-da da həmin yerdə şəkil çəkdirib.
Foto sosial şəbəkələrdə hər kəsin marağına səbəb olub.