DGK və Mətbuat Şurası birgə yazı müsabiqəsi elan edir

00:19 24-11-2018 | icon 672 | KİV
DGK və Mətbuat Şurası birgə yazı müsabiqəsi elan edir

 

Dövlət Gömrük Komitəsi (DGK) və Mətbuat Şurası gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatların nəticəsində əldə olunan nailiyyətlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir.

 

Versus.Az-ın məlumatına görə, “Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar” mövzusunda yazı müsabiqəsi 30 yanvar gömrük əməkdaşlarının peşə bayramına həsr olunur.

 

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması aşağıdakı formada aparılacaq:

I yer – 1 nəfər - 1000 manat

II yer – 2 nəfər - 800 manat

III yer –2 nəfər - 500 manat

Həvəsləndirici mükafat 5 nəfər - 200 manat

 

Müsabiqənin istiqamətləndirici mövzuları aşağıdakılardır:

 

1. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və ölkə başçısı cənab İlham Əliyevin davam etdirdiyi müasir gömrüyün inkişaf modelləri;

2. Gömrük sistemində aparılan islahatların gömrük- biznes əməkdaşlığında rolu;

3. Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, qaçaqmalçılıq hallarının qarşısının alınması, ümumi təhlükəsizlik məsələləri;

4. Gömrük orqanlarının həyata keçirdiyi fiskal siyasət və onun nəticələri;

5. Ticarətin asanlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər;

6. Elektron gömrük fəlsəfəsi; Azərbaycanda bu sahədə görülən işlər, dünya praktikası;

 

Qiymətləndirmə meyarları:

 

- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, ifadə vasitələrinin zənginliyi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi.

 

Müsabiqədə iştirak üçün şərtlər:

 

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər;

Müsabiqəyə təqdim olunan yazı 11 min işarədən artıq olmamalıdır;

Müsabiqəyə təqdim olunmuş yazıda (KİV-də çap olunmuş, yayımlanmış mətndə) “Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar” mövzusunda yazı müsabiqəsinə təqdim olunur” qeydi yer almalıdır;

Müsabiqəyə 22 noyabr 2018-ci il tarixindən 21 yanvar 2019-ci il tarixinədək qəzet, jurnal, informasiya agentliklərində və elektron media resurslarında yayımlanmış yazılar buraxılır;

Konkret kütləvi informasiya vasitəsində çalışmayan şəxslər müsabiqədə iştirak edə bilməz.

 

Yazıların təqdim edilməsi:

 

Müsabiqəyə sənədlərin qəbulu rəsmi iş günləri saat 10.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasında həyata keçiriləcək (Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 1).

 

Müsabiqəyə təqdim olunmalıdır:

 

1. Yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

2. Yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti (iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış);

3. Yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev və iş telefonu və mobil telefon nömrələri;

4. Müsabiqə üçün verilmiş yazının dərc edildiyi qəzet və jurnalın 1 nüsxəsi;

5. Yazı diskdə "Word" faylında (müəllifin adı göstərilməməklə, "Times New Roman" şriftində) təqdim edilməlidir. Yazı elektron media resursunda yayımlanıbsa, "link" diskə əlavə olunmalıdır;

6. Materialın yazılı formada A4 formatlı kağız vərəqində 1 nüsxəsi (müəllifin adı göstərilməməklə);

7. Təqdimat zamanı müsabiqə şərtlərindən hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul olunmayacaq.

 

Qeyd: Müsabiqəyə yazılar [email protected] elektron ünvanına da göndərilə bilər. Bu zaman təqdimata yazı ("Word" faylında, imzasız), qəzet, jurnal nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında), elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link", həmçinin müəllifin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud "Word" faylında), əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.

Müsabiqə mükafatçılarının adları 30 yanvar gömrük əməkdaşlarının peşə bayramı ərəfəsində açıqlanacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür