"Nəvəm Messidən hündür idi" - Ronaldonun anası
"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun anası Dolores Aviero nəvəsi Junior Ronaldonun (Kriştianonun oğlu -red) Lionel Messi ilə necə tanış olduğunu xatırladıb.
Versus.az "Tuttosport"a istinadən xəbər verir ki, o deyib:
"Nəvəmlə birlikdə idim və dedim:"Bax, bu Messidir. Sonra mənə cavab verdi: "Bu Messi deyil, bu adam çox kiçikdir". Sonra oğlum onu ruhlandırdı və Lionelə salam deməsini söylədi. Nəvəm artıq Messidən hündür idi. Çox gülməli idi".
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"