“Deməli, sənin dərdin Azərbaycandır”

13:39 23-09-2021 | icon 641 | Siyasət
“Deməli, sənin dərdin Azərbaycandır”

Elxan Şahinoğlu: “Bu, Azərbaycan əleyhinə siyasət yürütməkdir”

 

İran Azərbaycan sərhədində baş verən son hadisələrdən sonra Araz çayı boyu hərbi təlimlərə başlayıb. İran sərhəddə dronlarla nəzarət edəcək. İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər nədən xəbər verir və bu addımı nəyə hesablanır?

 

Versus.Az xəbər verir ki, politoloq Elxan Şahinoğlu vəziyyəti şərh edərkən bildirib ki, biz məlum yükdaşımalara görə İrana iradımızı bildirdik deyə, bunun qarşılığında bizə sərhəddə hərbi təlimlərlə cavab verirlər.

 

“Bizim İrana hücum etmək fikrimiz yoxdur. Sən təlimləri kimə qarşı keçirirsən. Təlim keçirirsənsə, niyə 27 il işğal altında qalan Zəngilan, Qubadlı, Cəbrayıl istiqamətlərində belə təlimlərlə separatçılara hədə-qorxu gəlmirdin. Deməli, sənin dərdin Azərbaycandır. Azərbaycan ərazi bütövlüyü səni narahat edir. Ona narahat olursan ki, niyə Azərbaycan Pakistan və Türkiyə ilə hərbi təlimlər keçirir. Bu bizim daxili işimizdir və istədiyimiz dövlətlə hərbi təlimlər keçirə bilərik. Dəfələrlə deyilib ki, Türkiyə ilə hərbi təlimlərimiz heç də İrana qarşı deyil, bu, işğalçı Ermənistana qarşıdır. Lakin biz bu 9 ayda gördük ki, İrandan Ermənistana, ordan da Qarabağa nə qədər yüklər daşındı. Təsəvvür edin ki, 28-29 illik işğal dövründə İrandan Azərbaycana qarşı nə qədər yüklər daşıyıblar. Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl digər rayonlarımız hamısı dağıdılıb, oradakı evlərin daşları, əşyaları hara daşınıb, harda satılıb. Bu, İranın ikitərəfli münasibətlərin ruhuna uyğun deyil. Belə getsə, vəziyyət daha ada gərginləşəcək”.

 

E.Şahinoğlunun sözlərinə görə, İran düşünür ki, Azərbaycan güclü bir dövlətə çevrilsə, problemləri yarana bilər. Biz isə dəfələrlə bildirmişik ki, biz İranın daxili işlərinə qarışmırıq:

 

“Amma İran qarışır. Sən niyə Azərbaycanın ərazi bütövlüyünü  dəstəklədiyin və Azərbaycanı qələbə münasibəti ilə təbrik etdiyin halda qanunlarımızı pozan separatçılara yanacaq daşıyırsan. İran buna cavab vermədi, əksinə, nota veriləndən sonra daşınan yüklərin sayı artdı. Bu, Azərbaycan əleyhinə siyasət yürütməkdir”.

 

Politoloq eyni zamanda Azərbaycanın daim müharibəyə hazır olduğunu vurğulayıb:

 

“Biz 27 il buna hazırlaşmışıq və heç nədən qorxmuruq, heç nədən çəkinmirik. Biz nəyin uğrunda savaşdığımızı bilirik. Erməni nə etdiyini bilmir, ona görə də gəlib başqa dövlətin ərazisində savaş aparır. Ermənistan savaşa hazır deyil. Ona görə də böyük savaşların olması ehtimalı azdır. Amma antiterror əməliyyatların keçirilməsi mümkündür. Bizim əsas məqsədlərimizdən biri də Qarabağda qalan separatşçıları tərksilah etməkdir. Qarşımızda Rusiya hərbçiləri var. Amma bu yaxınlarda Zakir Həsənov açıq şəkildə dedi ki, gərəkdiyi halda biz Rusiya hərbçilərinin arxasında gizlənən erməni separatçılarına qarşı da müəyyən əməliyyatlar keçirə bilərik. Ona görə də əgər sülhməramlılar öz üzərinə düşən missiyanı yerinə yetirmirsə, o zaman Azərbaycan bu missiyanı özü həyata keçirəcək”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı