Fuad Əliyev Pakistan səfiri ilə görüşüb

14:53 23-09-2021 | icon 546 | Siyasət
Fuad Əliyev Pakistan səfiri ilə görüşüb

"Azərbaycan-Pakistan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, bu barədə ALDP-nin Mətbuat Xidmətindən bildirilib.

 

Görüşdə bir çox məsələlərə toxunulub, fikir mübadiləsi aparılıb.

 

Fuad Əliyev vurğulayıb ki, ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. Qardaş və dost Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan, Bakıda səfirliyi açan ilk ölkələrdəndir.

 

ALDP sədri Ermənistanın işğalçılıq siyasəti ilə bağlı, Vətən müharibəsi zamanı Pakistanın birmənalı və qəti mövqeyinin, hər zaman Azərbaycana dəstək olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb:

 

"Mən Pakistanda olarkən,  xalqın bizə olan dost-qardaş isti münasibətin şahidi oldum. Çox istərdim ki, Azərbaycan və Pakistan arasında vizasız gediş-gəliş olsun".

 

Səfir Bilal Haye Pakistan-Azərbaycan əməkdaşlığının inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirərək, bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsində Pakistan ölkəmizin ədalətli mövqeyini tam dəstəkləyib və bundan sonra da daim Azərbaycanın yanında olacaq.

 

Səfir Bilal Haye xoş sözlərə görə Fuad Əliyevə təşəkkürünü bildirərək görüşlərin davamlı olduğunu arzulayıb. 

 

Hər iki tərəf ölkələrarası siyasi əlaqələrin və əməkdaşlığın vacibliyini vurğulayıblar.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi