Azərbaycan tarixə bir də belə yazıldı

12:50 24-09-2021 | icon 702 | Siyasət
Azərbaycan tarixə bir də belə yazıldı

Ramiyə Məmmədova: "Azərbaycan dünya siyasətində öz gücü və siyasəti ilə yeni bir reallıq yaratdı"

 

"27 sentyabr 44 günlük Vətən müharibəsinin başlanması və zəfərlə nəticələnməsi xalqımızın böyük uğuru, milli həmrəyliyidir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

 

Politoloq qeyd edib ki, Azərbaycan xalqı yaşadığı çətinliklərə baxmayaraq hər zaman həmrəylik göstərib:

 

"Azərbaycanda yaşayan vətəndaşlarla yanaşı, bizim xaricdə olan insanlarımız, həmçinin diaspora fəaliyyəti ilə məşğul olan, gerçəkləri dünyaya çatdıran hər kəs milli həmrəylik nümayiş etdirdi. Torpaqlarımız 30 ilə yaxın işğal altında idi. Biz onu nəyin bahasına olursa-olsun, geri qaytarmalıydıq. Erməni vandalizimini dünyaya göstərməliydik. Erməni terrorizminin dünyaya çatdırılması uğrunda əlimizdən gələni etməliydik ki, bütün dunya erməni xislətini duysun, anlasın. 44 günlük Vətən savaşında hər bir Azərbaycan vətəndaşı öz birliyini, həmrəyliyini nümayiş etdirdi. Ölkə Prezidentimizin vətən savaşında qətiyyətli addımlar atması nəticəsində, bir yumruq altında birləşərək qalibiyyət əldə etdik. Qarabağ savaşında Prezidentimizin qərarlarına arxalanaraq  milli həmrəylik sərgilədik".

 

Ramiyə Məmmədova müharibə vaxtı əsgərlərə olunan yardımları da xüsusi qeyd edib. Bildirib ki, informasiya blokadasına baxmayaraq, bunu dünyaya çatdıra bildik:

 

"Həmrəyliyimiz, gücümüz, birliyimiz olmasaydı, Azərbaycan işğalda olan torpaqlarının heç 80 faizini geri qaytara bilməzdi. Vətən müharibəsi zamanı biz bu həmrəyliyi göstərdik və çox şükür ki, Qarabağı geri qaytara bildik. Təbii ki, bu zəfərin əsas səbəbkarları şəhidlərdir. Onların hər biri haqqında dastan, tarix yazmaq olar, onların haqları ödənilməzdir. General Polad Həşimov kimi oğullarımız var ki, göstərdiyi qəhrəmanlıqlar  haqqında tarix yazmaq olar. Hər biri Azərbaycan-Türk əsgərinin simasındadır. Bütün dünya bu gün Azərbaycan əsgərinin gücündən, şücaətindən danışır. Şuşanı geri qaytarmaq bəlkə də bir çox ölkələrin bacarmadığı bir  işdir. Amma biz güclü ordumuz, mərd oğullarımız sayəsində bunu həll edə bildik. Bu bizim böyük qələbəmizdir. Qarabağın alınması Azərbaycan xalqı üçün qürurdur. Çünki 30 il ərzində sovet dövrünün dağılmasından sonra Azərbaycan xalqı özünü sınmış hesab edirdi. Biz xaricdə çıxış edəndə suallar verilirdi ki, nəyə görə  torpaqlarınızı geri almırsınız? Biz bunu anlatmağa çalışırdıq ki, Ermənistanın arxasında qüvvələr durur, Ermənistan lobbisi böyük işlər görür, Ermənistanın arxasında Rusiya var və Rusiya ilə müharibə etmək bizim üçün də çətindir. Yəni bir çox fikirlər deyilirdi. Biz bunun tam açıqlamasını verə bilmirdik. Ancaq 30 il ərzində haqq savaşımızda qalib olmaq üçün çox ciddi bir şəkildə hazırlaşdıq. Neçə illik çalışmaların sayəsində indi  bütün dünyaya car çəkə bilərik ki, Qarabağı geri qaytardıq, Qarabağ bizimdir. Dünya ölkələri bunu gördü. Bir çox ölkələrin nümayəndə heyətlərinin olduğu konfransda onlar "Azərbaycandan yeni döyüş növlərini öyrəndik. Azərbaycan əsgərinin, texnikasının göstərdiyi şücaəti biz öz xalqımıza aşılamağa çalışırıq"- deyə bildirirlər. Azərbaycan xalqı artıq öz hərbi gücündə belə öz sözünü demişdir. Təbii ki, burada Türkiyənin və Pakistanın da böyük rolu var. Azərbaycan öz gücü ilə bu müharibədə qalib olubsa, artıq Azərbaycan hərbi baxımdan da öz hərbi siyasətini göstərməyə qadirdi. Hətta bu savaş Ukrayna kimi lokal münaqişələrdə olan dövlətlər və digərlərində bir həvəs yaratdı. Qələbəmiz dünyanın Azərbaycana başqa bir baxışla baxmasına səbəb oldu. Azərbaycan öz imicini dünya dövlətləri arasında fərqli məcraya gətirdi. Dünya siyasətində geopolitik baxımdan Qafqazda Azərbaycan öndə gedən ilk dövlət oldu. Avropa, Amerika ölkələri Azərbaycana əvvəlki kimi münasibət bəsləmir. Onlar Azərbaycanla başqa rakursla danışıqlar aparmaq, geopolitik baxımdan Azərbaycanın burada olan gücündən istifadə etmək istəyir. Azərbaycan dünya siyasətində öz gücü və siyasəti ilə yeni bir reallıq yaratdı. Azərbaycan geopolitik baxımdan Qafqaz regionunda öndə gedən ölkə olaraq, tarixə yazıldı".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI