Payız ağacəkmə kampaniyası davam edir

12:48 24-11-2018 | icon 398 | Gündəm
Payız ağacəkmə kampaniyası davam edir

 

Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq tapşırıqlarına uyğun olaraq, ağac əkilməsinin təşviqi məqsədilə “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyasına Nərimanov rayonu İcra Hakimiyyətinin kollektivi də qoşulub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyətinin məsul şəxsləri və KİV nümayəndələri iştirak edib. Aksiya zamanı Azadlıq prospekti 146 ünvanında sökülmüş köhnə binanın yerində 500-ə yaxın müxtəlif cinsli ağac tingi əkilib.

 

Qeyd edək ki, ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azəryaşlandşaft ASC-nin və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.
Nazirlik payız ağacəkmə kampaniyasını dəstəkləyən və qoşulan bütün tərəflərə təşəkkür edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür