Fransada Anım Gününə həsr olunmuş dərs keçirilib

07:48 27-09-2021 | icon 458 | Təhsil
Fransada Anım Gününə həsr olunmuş dərs keçirilib

Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbində 27 sentyabr – Anım Gününə həsr olunmuş dərs keçirilib.

 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərsdə şagirdlər ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan qəhrəman şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükütla yad ediblər.  

 

Masalarının üzərinə güllərin düzüldüyü və şamların yandırıldığı, qəhrəman şəhidlərin fotolarını köynəklərində daşıyan şagirdlərə bir il bundan öncə Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən əldə olunmuş parlaq Qələbə, həmin tarixi günə aparan 27 sentyabrda baş verənlər barədə ətraflı məlumat verilib.

 

Qeyd edilib ki, xalqımız və dünyadakı azərbaycanlılar Vətənimizə böyük xidmət göstərən qəhrəmanlarımızın fədakarlığını heç bir zaman unutmayacaqlar.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...