Mədəniyyət Nazirliyindən NEKROLOQ

07:42 28-09-2021 | icon 553 | Mədəniyyət
Mədəniyyət Nazirliyindən NEKROLOQ

Mədəniyyət Nazirliyi Xalq artisti Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yayıb.

 

Nekroloqda deyilir:

 

Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib.

 

Məşhur “Qaya” vokal kvartetin yaradıcısı, bədii rəhbəri və solisti Teymur Mirzəyev 26 sentyabr 2021-ci il tarixində İsraildə dünyasını dəyişib.

 

Teymur İbrahim oğlu Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə tələbə yoldaşları Rauf Babayev, Arif Hacıyev, Lev Yelisavetski ilə birlikdə “Qaya” vokal kvartetini yaradıb.

 

Azərbaycan caz və estrada mədəniyyətinin əfsanəvi heyəti olan “Qaya” kvarteti 1961-ci ildən 1988-ci ilədək fəaliyyət göstərib. Kvartet 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsinin I mükafatı laureatı adına layiq görülüb.

 

Teymur Mirzəyev 1993-cü ildə Xalq artisti adına layiq görülüb.

 

Mərhum sənətkarın ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin