Britaniyada yanacaq böhranı

07:16 29-09-2021 | icon 448 | Dünya
Britaniyada yanacaq böhranı

Böyük Britaniya hökuməti yanacaq böhranı ilə mübarizə tədbirləri çərçivəsində ordunu yüksək hazırlıq vəziyyətinə gətirib.

 

Bu barədə ölkənin Biznes, Energetika və Sənaye Nazirliyindən bildirilib.

 

“Britaniyada yanacaq daşıyan hərbi tankerin sürücüləri yanacağı ən çox ehtiyac duyulduğu yerə çatdırılması üçün hazır vəziyyətə gətiriləcəklər. Eyni zamanda yüksək səviyyədə yanacaq tədarükünü təmin edəcəklər” - deyə, nazirliyin açıqlamasında qeyd olunur. Ölkənin müdafiə naziri Ben Uolles ordunun xüsusi təlim keçəcəyini və “ən çox hiss edildiyi yerdə nəqliyyat yükünün səviyyəsini azaltmağa kömək edəcəyini deyib.

 

Səlahiyyətlilər həmçinin yük maşını sürücülərinin lisenziyalarını yeniləmək üçün yenidən imtahan verməkdən azad ediblər, çünki prosedur üç gün çəkir.

 

Britaniya yük maşını və yanacaq tankerləri sürücülərinin çatışmazlığı səbəbindən son bir neçə ay ərzində ərzaq təchizatı zəncirində fasilələrlə üzləşib. Bu da bəzi yanacaqdoldurma məntəqələrinin bağlanmasına səbəb olub. Səlahiyyətlilərin yanacaq tədarükündə heç bir problem olmadığını bildirsələr də, ölkə sakinləri təşviş içində benzin almağa başlayıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...