Jurnalist hoteldə qətlə yetirilib
Meksikada “PM Noticias” xəbər agentliyinin sahibi, jurnalist Manuel Reyes hoteldə yemək yeyərkən güllələnib.
Qeyd olunur ki, M. Reyes jurnalist olmaqdan əlavə, aktiv siyasi fəaliyyətlə də məşğul olub, son bələdiyyə seçkilərində iştirak edib.
“Jurnalist başından aldığı güllə yaraları nəticəsində həlak olub” - Kuernavaka şəhər prokurorluğunun rəsmi “Facebook” səhifəsində qeyd olunub.
Ona silahlı hücum edənlərin dəqiq sayı hələ məlum deyil.
Yerli KİV-lər xəbər verir ki, motosikletdə olan iki nəfər silahlı şəxs jurnalistin nahar etdiyi yerə gəlib. Onlar jurnalistə atəş açaraq dərhal oradan uzaqlaşıblar.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"