Elnarə Dərziyeva Media Tədris Mərkəzi açdı
Əməkdar jurnalist Elnarə Dərziyeva Media Tədris Mərkəzi yaradıb.
Versus.Az xəbər verir ki, mərkəz barədə danışan E.Dərziyeva qurumun oktyabrın 1-dən fəaliyyətə başladığını bildirib.
Onun sözlərinə görə, Mərkəzdə medianın müxtəlif sahələri üzrə kadrlar yetişdiriləcək:
"Jurnalistikaya sevgisi, həvəsi olanlar peşəkarlığı media klanlarından, məşhur simalardan öyrənəcəklər. Nəzəri biliklərdən çox təcrübəyə üstünlük veriləcək. Qısa müddət ərzində media mənsubu olmaq istəyən hər kəs Tədris Mərkəzinə müraciət edə bilər. Sonda xüsusi fərqlənən tələbələrin işlə təmin olunmasında köməklik göstəriləcək. Təhsil müddəti 4-6 aydır. Kursu müvəffəqiyyətlə başa vuranlara sertifikat təqdim olunacaq”.
Qeyd edək ki, E.Dərziyeva Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1998-ci ildən mətbuatda çalışır. “Bu gün”, “Elçi”, “Yeni Avrasiya”, “Faktor” qəzetlərində, “Lider”, ATV telekanallarında işləyib.
2016-ci “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Versus.Az