Şeyxin tövbəsini məmnuniyyətlə gözləyirəm

11:35 26-11-2018 | icon 291 | Kürsü
Şeyxin tövbəsini məmnuniyyətlə gözləyirəm

KÜRSÜ

 

ƏLİ ƏLİYEV

/VİP sədri/

 

Hörmətli Şeyx həzrətləri "Yeni Müsavat" qəzetinə maraqlı müsahibə verib. Dediklərində İspaniya tədbirinə, Abel Məhərrəmovla münasibətlərinə, səfərdən sonra baş verənlərə münasibət bildirib.


Əvvəldə, Şeyximizə münasibətimi ifadə edim. Son müsahibəmdə onun şəxsinə sayğılı davranışım bəzi etirazlara səbəb olmuşdu. İlk növbədə onu deyim ki, siyasi davranışımızda nəzakət və ehtiram ən qatı rəqiblərimizə belə nümayiş etdirilməlidir. Hacı Allahşükür Paşazadə siyasi adam deyil, bir din xadimidir. Ona hörmətli davranış, həm də dinimizin təmsilçisinə olan münasibətdir. Fikirmcə, həm İslam dini, həm də onun təmsilçisi ehtirama layiqdir, şəxsi keyfiyyətlərindən asılı olmayaraq. Siyasi həyatımızın qüsurlarını din xadiminin üzərinə yükləmək haqsızlıqdır. Nə vaxt biz siyasi ədaləti bərqərar etdik ki, Şeyx ona xidmət etmədi? Demokratik hakimiyyətimiz dövründə Elçibəy Şeyxə söykənmədimi? Ən ağır günümüzdə dövlət adamları dəlmə-deşikdə gizlənəndə, Şeyx xalqın önündə olmadımı? Allahşükür Paşazadə mənim üçün təkcə din xadimi, Şeyxülislam deyil, həm də ciddi sabitləşdirici siyasi faktordur. Təfərrüatlara getmədən, belə düşünürəm. Hesab edirəm ki, Şeyxin yanlışlarını deməklə yanaşı, hörmət pərdəsini yırtmaq olmaz.


Adını çəkdiyim müsahibədə də Şeyximiz məntiqdən uzaq danışıb, yaxud danışdırılıb. Dediyindən belə anlaşılır ki, İspaniyada heç nə baş verməyib, heç nə görməyib, heç zaddan xəbəri olmayıb. Bax bu artıq Allah adamına yaraşmayan hərəkət, ictimaiyyətın azdırılmasına xidmət göstərən davranışdır. Din xadimi həqiqəti gizlətməz. Hərçənd buna qədər də biz onun müxtəlif dönəmlərində yalanlarına şahidlik etmişdik. Olmaz belə!
Əgər İspaniyada heç nə baş verməyibsə, onda Prezident nədən saxtakar akademik Məhərrəmovu vəzifəsindən uzaqlaşdırırdı? Özü ilə bərabər ailə üzvləri işdən atılır, BDU-da yoxlama apartdırırdı? Hakimiyyətin nəzarətində olan mətbuata kampaniya aparmaq, Prezident köməkçisinin şəxsi TV-sində Məhərrəmovun "şumlanması" özfəaliyyət ola bilərmi?


Əlbəttə ki, yox. İspaniyada Abel müəllim ciddi siyasi yanlışa yol verib. Bunu Şeyximiz də bilir. Amma...
Müsahibədə gələn il 70 illik yubiley və 40 illik Şeyxülislam fəaliyyətini qeyd edəcəyini deyir Allahşükür Paşazadə həzrətləri. Bəlkə gələn il daha həqiqəti gizlətməyə yox deməyi bacarsın, statusuna uyğun İslama xidmət göstərsin.

 

Tövbə heç vaxt gec deyil. Müsəlman olaraq mən də dini liderimdən bu tövbəni məmnuniyyətlə gözləyirəm. Allah bağışlayandır. İnanıram ki, Şeyxə görə xeyrə xidmət edən qeyri-dəqiqliklər millətə ziyanlıdırsa, onlardan imtina gərəkdir. İnanıram ki, Onun da bu xalqdan nə vaxtsa halallığa ehtiyacı olacaq.

Xəbər lenti

"Əsirlikdə qalan Laçınım"

Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 27 il keçməsi ilə əlaqədar keçirilən dəyirmi masa...

Allah rəhmət eləsin

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının vitse-prezidenti və dostluq qrupunun prezidenti ilə görüşüb

Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefis

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd ediləcək

Bakıda Atatürkü anma, idman və gənclik bayramı münasibətilə tədbir keçirilib

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Qədim sənətin müasir ustası - FOTO/VİDEO

Bu gün Bakıda 28 muzeyi ödənişsiz ziyarət etmək olar

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının üçüncü günü start götürüb

Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib

Azərbaycan Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

Bu gün TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

AXH Novxanı qəsəbəsində yürüş edəcək

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə