Turan İrfan ölkə rəhbərliyinə müraciət edib - VİDEO

11:55 26-11-2018 | icon 534 | Gündəm
Turan İrfan ölkə rəhbərliyinə müraciət edib - VİDEO

 

 Daha bir məmur özbaşınalığı - sədr müavini ölümlə hədələnir

 

 

“AXCP sədr müavini Turan İrfanın özü və ailəsi ölümlə hədələnir”.

 

Versus.Az-ın məlumatına görə, bu barədə sədr müavini və partiya yoldaşları sosial mediada yazıb. AXCP-çilər aidiyyatı qurumları bu biabırçılığa, özbaşınalığa, qoçuluğa qarşı tədbir görməyə çağırır.

 

Turan İrfan yazıb:

“Abşeron İcra Hakimiyyətinin 99××270 nömrəli maşını ilə gəlib özbaşına həyətimizə soxulub ailə üzvlərimizin başını kəsməklə hədələyən 2 nəfər bandit haqqında dünəndən 102 xidmətinə etdiyimiz şikayətlər fayda vermədi.
İcra başçısı haqqında etdiyimiz şikayətləri saytlardan götürməsək bizi ailəliklə yandıracaqlarını deyirlər.
Artıq bu hədələr və sui-qəsdlər sayca 10-a çatır. Abşeron polis idarəsi və DİN-in 102 xidməti bildirir ki, İcra hakimiyyətinin məmurları onlardan üstün səlahiyyətdə olduqlarından polis onların cinayətlərinə görə tədbir görmək səlahiyyətində deyil.
Artıq bizi İcra başçısı yaşadığımız, halal-hümmət evimizdən, qəsəbəmizdən hədə ilə çıxarır. 
Abşeronu şəxsi obyekti və özünün ayrıca şəxsi mülkü gözündə görən İcra başçısı artıq üsyan edir, qırmızı xətti keçir...
Hüquqşünas dostumuzla 4 dəfə görüşünə qəbula getdik ki, bu məsələlərə aydınlıq gətirilsin. Etmədi.

Əgər başımıza hər hansı bədbəxt hadisə gəlsə, evim yandırılsa, içində özümüz qətlə yetirilib yandırılsaq DİN-ə də məlumat verdiyimiz kimi məlum edirəm ki, buna cavabdeh Abşeron rayon İcra hakimiyyətinin amansız və rəhmsiz, özbaşına, azad-müstəqil İcra hakimiyyəti və onun başçısıdır".

 

Qeyd edək ki, Turan İrfan Abşeron Rayon İcra Hakimiyyətinin qanunsuz əməlləri və özbaşınalığı haqqında TalkTV vasitəsilə ölkə rəhbərliyinə müraciət edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı