Keniyada quraqlıq
Keniyada ölkənin şimal və şərq bölgələrində yüz minlərlə insanın quraqlıq səbəbiylə yemək və su tapmaqda çətinlik çəkir.
Bu barədə KeniyaMeteorologiya Departamentinin verdiyi açıqlamada qeyd edilir.
Təxminən 200 000 keniyalı gündə yalnız bir dəfə yemək yeyə bilir və 9 000 insanın qidalanmaması səbəbindən təcili müalicəyə ehtiyacı var.
Quraqlıq səbəbilə heyvanların da zərər çəkir. Bu vəziyyət əsasən heyvandarlıqla məşğul olan keniyalılara mənfi təsir edir.
Quraqlıq mövsümünün dekabr ayına qədər davam edəcəyi urğulanır.
Keniyanın şimal və şərq hissələrində quraqlıq səbəbindən 20 -dən çox bölgə milli fəlakət elan edilib.
2,1 milyon insanın aclıqla üzləşdiyi ölkədə, 500 mindən çox uşaq pis qidalanması səbəbindən sağlamlıq problemlərindən əziyyət çəkir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"