Fuad Əliyevlə SİYASİ ŞAHMAT oyunu – LAYİHƏ

16:45 04-01-2018 | icon 1950 | Layihə
Fuad Əliyevlə SİYASİ ŞAHMAT oyunu – LAYİHƏ

“…Bu “pat” vəziyyətində müxalifətin də səhvləri var…”

 

Versus.Az yeni ildən “MASAÜSTÜ OYUN” layihəsinə start verib.  Siyasətçilərimizin hansı masa oyununa maraq göstərməsindən asılı olaraq  həmin idman növü üzrə görüşlərimizi qarşı tərəfin “meydanında” aparacağıq.

 

Beləliklə, İLK QARŞILAŞMAmız şahmat üzrə usta dərəcəsi olan Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevlə baş tutub.

 

“İlham Əliyevlə şahmat oynamaq istərdim”

 

– Fuad bəy, otağınızdakı Şahmat diqqətimi çəkdi. Oynamağı bacarırsınız, yoxsa sadəcə görüntü üçün saxlamısınız?

 

 

– Mən şahmatda idman ustalığına namizəd olmuşam.

 

– Siyasilərdən kiminlə oynamısınız?

 

– Qərərgahımıza gələnlərdən Elşad Musayevlə oynamışam, çox yaxşı oynayır.

 

– Siyasətdə kimi “mat” etmək istərdiniz?

 

– Mat? (gülür-red) Bilmirəm Prezident İlham Əliyev şahmatı bilir, ya yox, bacarırsa, onunla oynayıb qalib gəlmək istərdim.

 

– Siyasi proseslər müxalifətdə “pat” vəziyyətini xatırladır, sizcə də belə görünmürmü?

 

– Görünür. Amma heç-heçə vəziyyətini hakimiyyət özü yaradır. Sözsüz ki, bu “pat” vəziyyətində müxalifətin də hardasa səhvləri var. Amma hakimiyyət müxalifətin bu vəziyyətdən çıxması üçün şərait yaratmalıdır. Çünki “pat” vəziyyəti heç bir tərəfə sərf etmir. Ya qalib gəlmək, ya da uduzmaq olar, “pat” isə heç bir tərəfə sərf etmir.

 

– Siyasətçi olmasam da, bəlkə şahmat oynayaq?

– Oynaya bilirsiniz?

– Bacarıram, amma 20 ildir oynamıram.

– İstəyirsinizsə, buyurun. Ağ fiqurlarla, yoxsa qara?

– Qara.

– Mən xoşladığım bir debutla başlıyacam və bilin ki, fikirləşmiyəcəm, çünki bu debutu əzbər bilirəm.

 

 

“Siyasətdə isə uzağı 1-2 addım…”

 

– Mən isə həmişə səhv gedişlər etməklə rəqibi yanıldıram… Söhbətimizi oynayaraq davam etdirə bilərik?

– Mən hazır.

– Təsadüfən hansısa şahmatçıyla xatirəniz yoxdur?

– Xatirələrim yoxdur. Onu deyə bilərəm ki, Harri Kasparovla eyni şahmat klubunda oxumuşuq. O məndən böyük olsa da eyni klubda oynamışıq. Sadəcə, mən şahmatçı olmağa çalışmadım, o isə şahmatın arxasınca getdi.

 

 

– Fuad bəy, şahmat da oynamısınız vaxtında, bu gün də siyasətdəsiniz. Siyasi oyunlar asandır, yoxsa şahmat oyunu?

 

– Mənim üçün hər ikisi asandır. Şahmatda gərək ən azından 10 addımı öncədən fikirləşə biləsən. Peşəkar şahmatçılar 30-35 addımı öncədən fikirləşə bilirlər. Siyasətdə isə uzağı 1-2 addım uzağı fikirləşə bilirik ki, onda da nəticəsi mövcud durum kimidir.

 

– Deyəsən mən artıq uduzuram.

 

– Şahmat məktəbinə getmisiniz?

 

– Getməmişəm, özümün həvəsim olub, evdə atamla oynayardım. Hətda o vaxtlar bir jurnal var idi, şahmat tapşırıqları olurdu, cavabı tapıb yazıb göndərirdim. Şahmat oyunu da olurdu televizyada, onu da izləyirdim, amma şahmatçı olmaq istəməmişəm. Sadəcə xobbimdir. Siz oyununuza davam edin, uduzsam da oyundur sonucda. Gedişləri ilə siyasi oyunu xatırladan bir oyun…

 

– Düzdür, oxşardır, amma siyasilər bu üslubdan kənardır nədənsə. Qeyd etdiyim kimi, bir neçə gedişi əvvəlcədən fikirləşmək lazım gəlir.

 

 

“…adlarını çəkmək istəmirəm, lazım olduğu vaxt qərar verə bilməyiblər”

 

 Şahmatda hansı fiquru xoşlayırsınız?

 

– Ən çox xoşladığım at fiqurudur. Oyun zamanı sona yaxın at fiquru məndə varsa, xoşum gəlir, rəqibimdə olanda isə yox. Atla çətin vəziyyətlərdən çıxmaq olur. Ən zəif fiqur isə şahdır. Gərək onu daim qoruyasan, müdafiə edəsən.

 

– Deməli, şahı zəif olduğu üçün xoşlamırsınız?

 

– Mənim ümumiyyətlə zəif, qərar verməyi bacarmayan insanlardan xoşum gəlmir. Siyasətdə tanıdığımız adamlar var, adlarını çəkmək istəmirəm, vacib addım atmaları lazım olduğu bir vaxtda o addımı atmaq yönündə qərar verə bilməyiblər. Belə-belə, sonucda siyasətdən getməli olublar. Mövcud vəziyyət də dolayısıyla gətirib ona çıxarır ki, deməli vaxtında düzgün qərar verə bilməyiblər. Vaxtında lazımi qərar vermək üçün özündə iradə tapa bilməyən o cür insanlardan həmişə uzaq olmağa çalışmışam.

 

 

– Oyunun sonudur demək olar ki.

 

– Sizi “mat” etmək istəməzdim. Amma oyun oyundur.

 

– Uduzun da Fuad bəy, saytda yazarıq ki, siyasətçi şahmatda jurnalistə uduzdu.

 

– Mən baxmayaraq ki, vaxtilə şahmatda idman ustalığına namizəd olmuşam, məsəlçün Elşad bəyə şahmatda uduzmuşam – 3:2 onun xeyrinə bitib oyun. Əslində mən də çoxdandır şahmat oynamıram, hərdən belə təsadüflər olur. Yəni adam var ki, uduzmağı xoşlamır. Amma uduzmağı da bacarmaq lazımdır.

 

– Siyasətdə buna konstruktiv yanaşma deyilir.

 

– Normal seçkilərdə kimsə mütləq qalib gələcəyini bilə bilməz. Mən müxtəlif ölkələrdə seçkilərdə müşahidəçi kimi iştirak etmişəm. Seçkilərə start veriləndə görürsən ki, hamı bərabər şəraitdə iştirak edir. Tutaq ki, hakimiyyətdə olan bir namizəd seçilmir, müxalifətdən seçilir. Yəni uduzmağa da hazır olmaq lazımdır.

 

– Şahmatda hansı fiquru özünüz üçün əsas güc sayırsız?

 

– Bayaq da dediyim kimi, şahmat fiqurlarından atı xoşlayıram, amma oyunun sonuna yaxın rəqibdə yox, özümdə olması şərtilə. Gedişi çətindir, çətin vəziyyətlərdən onun vasitəsilə çıxmaq olur. Yəni mübarizə üçün ondan güclü fiqur yoxdur.

 

“Fikirləşmək istəmədikləri üçün şahmata yox, nərdə üstünlük verərlər”

 

– Əgər belə bir təklif olsa ki, namizədlər şahmat oynasınlar və uduzanlar qalibin xeyrinə namizədliklərini geri götürsünlər, sizcə alınar?

 

– Onlar ancaq nərd oyununa üstünlük verərlər.

 

– Niyə şahmat yox, nərd?

 

– Çünki şahmatda fikirləşmək lazımdır. Ümumiyyətlə, bizim bəzi siyasətçilər fikirləşmədən addımlar atırlar, sonra da məcbur olub geri çəkilirlər.

 

Bir xatırlatma verəcəm, 2002-ci ildə Referendum keçirildi, orda iki məsələ var idi – proporsional seçki sisteminin ləğvi və baş nazirə yeni səlahiyyətlərin verilməsi. Biz partiya olaraq hamıya müraciət etdik ki, gəlin boykot etməyək, referenduma gedək, səs verək, proporsional seçkinin ləğvinə yox deyək. Partiyamız bu yöndə xeyli cəhdlər etdi, amma müxalifət boykotu seçdi. Nəticədə hakimiyyət də öz istəyinə çatdı. Üç ildən sonra isə həmin o boykot edən müxalifət proporsional seçkinin bərpası ilə bağlı konstision dəyişiklik məsələsini ortaya atdı. Amma bu etiraz zamanında səsləndirilməli, lazımi vaxt irəli addım atılmalı idi. Şahmatdakı kimi, bir neçə addımı əvvəlcədən fikirləşmək lazımdır. Ona görə deyirəm ki, fikirləşmək istəmədikləri üçün şahmata yox, nərdə üstünlük verərlər.

 

– Fuad bəy, bir çox oyunlarda cığallıqlar olur. Məsələn, nərddə “zərtutma”, dominoda yalandan “bazara getmək” və sair kimi. Bəs şahmatda hansı cığallıq var?

 

“Bəzən özümü rəqibə zəif oyunçu kimi göstərirəm”

 

– Nərddə “zərtutma”ya inanmıram. Çünki zəri atanda qabaqcadan bilmirsən nə verəcək. Şəxsən mən nə nərddə zər tutmuşam, nə də ki, dominoda ehtiyac olmasa “bazara” getmirəm. Mən istənilən oyunu təmiz oynayıram, aldatmıram. Siyasətdə də beləyəm. Mən kiməsa dost deyib, üzünə gülüb arxasınca danışmıram. Və təkcə siyasətdə belə deyiləm. Münasibətlərdə ya yaxşıyam o adamla, ya da ümumiyyətlə münasibət, əlaqə saxlamıram.


Şahmata qəlincə, deyə bilərəm ki, burda başqa cürdür. Bəzən oyunun əvvəlində özümü rəqibə zəif oyunçu kimi göstərirəm, taktiki addımlardan sonra qüvvələri toplayib hücuma keçirəm.

 

– Deyəsən oyunumuz bitir?

 

– İcazənizlə sizə “ŞAH” deyəcəm.

 

 

– Vəssalam, mən “MAT”.

 

– Heyif ki, heç-heçə alınmadı. İstiyərdim ki, “PAT” alınsın, amma olmadı.

 

– Əsas odur ki, mən şahmat ustalığına namizəd, prezidentliyə namizəd olacaq siyasətçiylə şahmat oynadım və uduzmağıma baxmayaraq, oyunun sonunda sizdə 7, məndə 3 fiqur qalıb.
Gəlin əsl rəqiblər kimi əl tutaq.

 

Tahirə Qafarlı & Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı