ÖLÜM İŞİ

12:09 08-10-2021 | icon 385 | Hadisə
ÖLÜM İŞİ

“Azərişıq” ASC-nin briqada rəhbəri Qasım Vəliyev (şərtidir) əmək mühafizəsi qaydalarını pozmaqda ittiham olunub.

 

Versus.Az xəbər verir ki, buna səbəb 2021-ci ilin 25 fevralında Qasım Vəliyevin rəhbəri olduğu briqadada ölüm hadisəsinin baş verməsidir.

 

Belə ki, həmin tarixdə Buzovna qəsəbəsi, “Atçılıq” yaşayış massivində inşa edilən məktəb-bağça kompleksinin ərazisində qaz-qaynaqçı vəzifəsində işləyən Əlimurad Babayev işıq dirəklərinin üzərində qaynaq işləri icra edən zaman metal materialdan olan işıq dirəyi onun üzərinə aşıb. Ağır xəsarətlər alan Əlmurad Babayev həlak olub.

 

Hadisəyə ilə bağlı, cinayət işi açılıb.

 

Məhkəmə müəyyən edib ki, Qasım Vəliyev işıq dirəklərinin sökülməsi zamanı texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, bu qaydalara riayət etməyib.

 

Tikinti-quraşdırma işlərinin aparıldığı sahədə elektrik dirəklərinin çıxarılması işinin təhlükəsiz aparılması üçün müvafiq texnika və avadanlıqlar ayrılmasına baxmayaraq, elektrik dirəyinin qaz qaynağı vasitəsilə kəsilməsi zamanı dirəyin təsadüfən aşmasının qarşısını alan tədbirlərin görülməsini təmin etməyib.

 

Ancaq məhkəmə şəxsin himayəsində azyaşlı uşağının olmasını, törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb.

 

Qasım Vəliyev Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə (Əmək mühafizəsi qaydalarını pozma insan ölümünə səbəb olduqda) təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

 

Təqsirləndirilən şəxsə həmin müddətdə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona iki 2 il sınaq müddəti təyin olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı