Saakaşvilinin azad edilməsi tələbi ilə AKSİYA
Oktyabrın 10-da yerli vaxtla saat 17:00-da Tbilisinin mərkəzində Rustaveli prospektində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin azad edilməsi tələb ilə mitinq keçiriləcək.
Bu barədə Gürcüstanın “Qanun və Ədalət” Partiyasının lideri, millət vəkili Tako Çarkviani məlumat verib.
Tako Çarkviani qeyd edib ki, aksiya hakimiyyət orqanları üçün xəbərdaredici xarakteri daşıyacaq.
Siyasətçi bəyan edib ki, onlar M.Saakaşvilinin sərbəst buraxılması ilə yanaşı, növbədənkənar seçkilərin təyin olunmasını tələb edəcəklər.
Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın birində, yerli özünüidarə orqanlarına seçkilərə bir neçə saat qalmış Gürcüstan hakimiyyəti tərəfindən saxlanılıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"