"İsrailin İslam ölkələrinə münasibəti daha xoşdur, nəinki İranın"

19:20 10-10-2021 | icon 424 | Geopolitika
"İsrailin İslam ölkələrinə münasibəti daha xoşdur, nəinki İranın"

 Əli Mustafa: “Bu yanaşma ilə İran öz gerçək niyyətini gizlətməyə çalışır”

 

İran-Azərbaycan münasibətlərində yaranan gərginlik, bununla əlaqədar İran rəsmilərinin davamlı açıqlamaları və Azərbaycan rəsmilərinin, konkret olaraq ölkə başçısının bu istiqamətdə önə çəkdiyi fikirlər çox mühüm məsələdir. İran İsraili önə çəkərək, artıq 3-cü ölkələrin Azərbaycanda olduğunu və artıq ərazidə təlimlər keçirməsindən narahatlığını ifadə edir. Azərbaycan prezidenti açıq şəkildə bildirdi ki, nə İsrailin silahları burda var, nə də özləri. Əgər fakt varsa, ortaya çıxarsınlar. Prezidentin İranın iddialarına qaşı bu bəyanatı qonşu ölkəyə açıq mesajdır.

 

Versus.az xəbər verir ki, bunu politoloq, Demokratik Dəyişim Platformasının rəhbəri Əli Mustafa öz şərhində deyib.

 

Ə.Mustafa qeyd edib ki, İran Azərbaycanı daha çox İsraillə əməkdaşlıqda qınayır, ittiham edir. Onun sözlərinə görə, İranın bu yanaşması əslində öz gerçək niyyətini gizlətməyə xidmət edən bir prinsipdir:

 

“Söhbət ondan gedir ki, həm İranın içində, həm Azərbaycanda, həm də bütövlükdə islam aləmində İranın Azərbaycana yönəlik niyyətlərinin faş olunması bütövlükdə İranın nüfuzunu sarsıdar. Çünki bu niyyətlər son dərəcə saf, xoş olmayan niyyətlərdir. Bu niyyətləri ört-basdır eləmək üçün elə bir tezis düşünülməliydi ki, bu coğrafiyada anlaşılsın, təqdir olunsun. Bu baxımdan da İran tərəfindən İsrail-Azərbaycan əlaqələrində “sionizm” tezisi qabardılır”.

 

Politoloq bildirib ki, İranın uzun illərdir Amerika ilə də belə bir ritorikası var. Buna baxmayaraq, həm Amerika, həm İsraillə müəyyən əlaqələrinin olması heç kəsə sirr deyil. O, hesab edir ki, İsraillə bağlı əməkdaşlıq məsələsində İran özü Azərbaycandan da daha dərinə gedir:

 

“İran bu məsələdə səmimi deyil. Onlar yəhudilərə, İsraillə münasibətlərə, sionizmə qarşı təbliğat aparsalar da, İran dövlətinin fəaiyyətini araşdırsaq görəcəyik ki, bu elementlər onun özündə kifayət qədərdir. Digər tərəfdən, İranın apardığı siyasətə baxsaq, görəcəyik ki, onun hədəfində əsasən islam ölkələridir. Hətta mən deyərdim ki, İsrailin İslam ölkələrinə münasibəti daha xoşdur, nəinki İranın. Ona görə də İranın Azərbaycanı İsraillə münasibətlərə görə hədəfə götürməsi son dərəcədə qeyri-səmimi yanaşmadır. İran Azərbaycan dövlətinin müstəqilliyini istəmir, Azərbaycan türklərinin dünya birliyində mövcudluğunu özünün mövcudluğuna təhdid kimi görür. Biz İrana dost münasibətdə olsaq da, hər zaman dəstəkləsək də,  qonşuluq münasibətləri göstərsək də, bütün hallarda o, Azərbaycan dövlətinin varlığına bir təhdid kimi baxır”.

 

Politoloq bildirib ki, Prezidentin İranla bağlı fikirlərinin ideyasında qonşu dövlətin Azərbaycana qarşı haqsız ittihamlar sərgilədiyi nümayiş olunur. Onun fikrincə, əgər İran işğaldan azad ölunmuş bölgələrdə İsrailin mövcudluğunu irəli sürürsə, Prezident İlham Əliyev isə onları bölgəyə gəlib işğaldan sonra ermənilərin yaratdığı vəziyyəti öz gözləri ilə görməyə dəvət edir:

 

“Prezident bəyan edir ki, gəlin görün burda nə var. Burda nəinki İsrail var, hətta Qarabağın özü belə yoxdur. Burda Cəbrayıl yoxdur, Füzuli yoxdur. Bir dənə yaşamaq üçün ev yoxdur, bir insan yoxdur. Ermənistan İranın dəstəyi ilə bu yerləri viran qoyub. Minlərlə kənd, qəsəbə darmadağın edilib. Burda bəşəriyyətin ən böyük cinayəti törədilib. Bütün bunlara rəğmən burda hansısa İsrail izi axtarmaq, Azərbaycanı nədəsə ittiham etmək absurddur. Qonşuluq münasibətlərinə uyğun deyil. Prezident İranın bu məsələdə əsassız olduğunu bəyan etdi. Bu, kifayət qədər ciddi arqumentdir”

 

Politoloq hesab edir ki, İranla münasibətlərdə yeni bir mərhələnin başlanması mümkündür:

 

"Düşünürəm ki, biz İrana qarşı nə qədər qonşuluq, dostluq münasibətlərinə önəm versək də, İaran indiyə qədər gizli davam etdirdiyi anti-Azərbaycan münasibətini də aktiv fazaya keçirib. Ola bilər ki, İran Azərbaycana qarşı xoş olmayan münasibətlərindən imtina edəcək və Azərbaycana olan niyyəti dəyişəcək, yəni bizə qarşı xeyirxaq olacaq. Amma bunun qısa müddətdə baş verəcəyini düşünmürəm. Azərbaycanın daxilində olan 40 miyonluq Azərbaycan türklərinə qarşı etdiyi zülmün bir gün cavabını alacağını  düşünürəm. İran bunun fərqindədir və ona görə də bu məsələlər baş verir”.

 

Ə.Mustafa hesab edir ki, İranla münasibətlərdə daha çox müdafiənin təşkilinə üstünlük vermək, Türkiyə-Pakistan, Azərbaycan əməkdaşlığını dərinləşdirmək lazımdır:

 

“Vaxt itirmədən Türkiyənin Azərbaycanda hərbi bazalarını qurmaq lazımdır. Çünki İran, Rusiya kimi dövlətlər güclə hesablaşırlar. Bunlar yalnız güclünün qarşısında geri çəkilirlər. Düşünürəm ki, İranın bu həmləsi yalnız Azərbaycanla bağlı deyil, İranın başı qalmaqaldadır”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI