Antalyada yanğın HƏYƏCANI
Turistlər təlaş içində hotel nömrələrini eyvandan tərk etdilər
Türkiyənin Antalya vilayətində yerləşən beşulduzlu hotellərdən birində yanğın baş verib.
Oteldən tüstü çıxdığını görən bəzi turistlər təlaş içində nömrələrin eyvanından qaçmağa çalışıblar.
Hadisə orada olan işçilərdən biri tərəfindən anbaan qeydə alınıb.
Son məlumata görə, yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıb.
İnsident nəticəsində üç nəfər rusiyalı turistə ilkin tibbi yardım göstərilib.
Onların səhhətində ciddi problemin olmadığı bildirilir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"