Sabunçuda küçə davası qanlı bitdi
28 yaşlı gənc tanımadığı şəxs tərəfindən bıçaqlandı
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Versus.Az xəbər verir ki, hadisə Elşən Mehdiyev küçəsində qeydə alınıb.
1993-cü il təvəllüdlü Əlislamov Asif Nazim oğlu küçədə tanıdığı şəxslə əlbəyaxa dava edib.
Dava zamanı naməlum şəxs onun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 8 bıçaq zərbəsi vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. /APA/
Xəbər lenti
Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit
“Qığırdaq aşındıqca oynaq yükdaşıma, hərəkət kimi funksiyalarını itirir”