Dünya çempionatına gedəcək samboçular bilindi

14:09 11-10-2021 | icon 570 | İdman
Dünya çempionatına gedəcək samboçular bilindi

2 idmançı son anda heyətdən çıxarıldı

 

14-18 oktyabr tarixlərində Yunanıstanın Saloniki şəhərində yeniyetmə və gənc samboçular arasında dünya çempionatı keçiriləcək.

 

Versus.Az xəbər verir ki, komandamızın 12 idmançısı (7 yeniyetmə və 5 gənclər) və 1 məşqçisi sabah axşam saatlarında Elladaya yola düşəcək. 

 

Millimizin heyətini təqdim edirik:

 

Yeniyetmələr: Sahib Babayev (-53 kq), Əli Hacıyev (-58 kq), Rəvan Novruzov (-64 kq), Kərəm Babazadə (-71 kq), Camal Baqişov (-79 kq), Rəsul Aydəmirov (-98 kq), Məhəmməd Məmmədzadə (+98 kq)

 

Gənclər: Nicat Məmmədli (-58 kq), Elvin Bağırov (-64 kq), Kamran Qasımov (-71 kq), Adil Adilzadə (-88 kq), Toğrul Salmanov (+98 kq)

 

Qeyd edək ki, Şöhrət Lətifzadə yüksək hərarəti olduğu üçün, Fərid Niyazov isə pasport probleminə görə son anda heyətdən çıxarılıb. Həmçinin, komandanı ötən ay Kazanda keçirilmiş MDB Oyunlarında olduğu kimi böyüklərdən ibarət millimizin yeni baş məşqçisi Vahid Tarverdiyev dünya çempionatına aparacaq. Yeniyetmə və gənclər millisinə avqustda baş məşqçi təyin olunmuş Rüfət İsmayılovun da xəstə olduğu bildirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin