Neftə bulaşmış heykəli ilə onun yolunu kəsdilər
“Greenpeace” hərəkatının fəalları Britaniya Baş nazirinin iqamətgahı önündə etiraz aksiyası təşkil ediblər.
Onlar Boris Consonun neftə bulaşmış heykəli ilə iqamətgahın yerləşdiyi Dauninq-Strit küçəsini bağlayıblar.
Bu yolla “yaşıllar” ölkədə yeni neft və qaz yataqlarının işlənməsinə qarşı çıxıblar. Aksiya zamanı fəallar enerji qiymətlərinin yüksəlməsi fonunda ənənəvi mənbələrdən imtina etməyin və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"