Supermarketlərdə rəflər boşalıb
Ölkə sakinləri ərzaq ehtiyaclarını təmin edə bilmir
Britaniya supermarketlərində ərzaq məhsulları tükənib.
Buna ölkədəki tədarük böhranı fonunda sakinlərin ərzaq ehtiyatı toplamaq üçün ehtiyacından qat-qat artıq məhsul alması səbəb olub.
Yerli statistika xidmətindən verilən məlumata görə, son 10 gün ərzində krallığın hər altı vətəndaşından biri gündəlik ərzaq ehtiyacını təmin edə bilməyib.
Qeyd edək ki, Avropa İttifaqından ayrıldıqdan sonra Britaniyada yük avtomobilləri sürücüləri çatışmır. Bu isə krallıqda tədarük böhranı ilə nəticələnib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"