Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

10:27 12-10-2021 | icon 517 | Siyasət
Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

Novella Cəfəroğlu: “Azərbaycana olan haqzıslığa qarşı niyə səsinizi çıxarmırsız?”

 

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür. 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Bəs beynəlxalq təşkilatlar bu bir il ərzində Ermənistanı törətdiyi cinayətlərə görə qınadımı?

 

Versus.Az xəbər verir ki, hüquq müdafiəçisi Hovella Cəfəroğlu açıqlamasında bildirib ki, Ermənistanın Gəncə şəhərində törətdiyi hərbi cinayətlər, eləcə də 30 il ərzində işğal edilmiş ərazilərdə törətdikləri vəhşilikləri, Xocalı soyqırımını dayanmadan dünya ictimaiyyətinə xatırlatmalıyıq.

 

Hüquq müdafiəçisi qeyd edib ki, dünya erməni vandallığını görməli və Ermənistana qarşı özünün ciddi reaksiyasını verməlidir:

“Biz hüquq müdafiəçiləri olaraq Gəncəyə raketlər atılandan dərhal sonra bütün faktları toplayaraq ingilis, Azərbaycan dillərində bülleten nəşr etdirdik.  Ermənilərin Gəncədə törətdiyi vandalizmi, orda qətlə yetirilmiş uşağın, qocanın, dağılmış, yanmış evlərin şəkilləri ilə bir yerdə bütün səfirliklərə, beynəlxalq təşkilatlara göndərdik. Orda bəyan elədik ki, Ermənistan həm torpaqlarımızı işğal edib, həm də müharibə zamanı döyüş zonasından çox-çox uzaqda yerləşən şəhərlərimizi raket atəşinə tutaraq soyqırım cinayətləri törədiblər. Biz həmin təşkilatlardan bu vandalizmə cavab vermələrini tələb etdik. O hesabatdan sonra Jenevada bizim hesabatı düşgün qiymətləndirməklə qeydiyyata saldılar. Amma nə Avropa, nə Qərb dövlətləri Ermənistanın bu cinayətinə lazımı səviyyədə reaksiya verib, bu cinayətkar ölkəyə qarşı sanksiya tətbiq etmədi”.

 

N.Cəfəroğlu bildirib ki, Avropa və Qərbin Azərbaycana qarşı törədilən bu cinayətlərə qarşı bu cür laqeyd qalması demokratiya, insan hüquq və azadlıqlarından danışan Avropa, Qərb təşkilatlarına inamını sarsıdıb:

 

“Qərb institutlarından, Avropadan incimişəm. Çünki bunlar Azərbaycanda bir balaca problem olan kimi dərhal bizim dövlətin üstünə cumurlar. Amma insanlara qarşı olan bu cür ağır hüquq pozulmasına, haqsızlığa qarşı dəyərincə cavab vermədilər”.

 

N.Cəfəroğlu hesab edir ki, bu təşkilatlar Ermənistanı bütün dünyada biabır eləməliydilər, ancaq etmədilər. Hüquq müdafiəçisi beynəlxalq təşkilatları qınadı:

 

“Siz hesab edirsiz ki, bizi müsəlman dövləti oduğumuz üçün öldürmək, hüquqularımızı pozmaq olar? Siz dünyada insan haqlarının qorunması ilə bağlı müxtəlif deklarasiyalar, sənədlər qəbul edirsiz, guya insanların hüquqlarnı qoruyursuz. Amma Azərbaycana gələndə susursuz. Biz terrorçu deyilik, heç kəsin torpağını işğal edib, malını mənimsəməmişik. Heç kəsin torpağnda gözümüz yoxdur. Bizə gələndə özünüzü belə laqeyd aparırsız. Bizə qarşı olan haqzıslığa qarşı niyə səsinizi çıxarmırsız. Niyə məsələni Avropa parlamentində qoymursuz. Bu qədər dinc əhaliyə qarşı soyqırım törədilib”.

 

Hüquq müdafiəçisi qeyd edib ki, ermənilərin Azərbaycanda törətdikləri vəhşiliyi, Xocalını heç bir zaman unutmalı deyilik:

 

“Amma təəssüf edirəm ki, biz ermənilərin bizə elədiyi zülmlərin hamısını yaddaşımızdan silmişik. Biz ermənilərin 1918-ci ildə, 1905-ci ildə azərbaycanlılara etdiyi zülmləri yaddan çıxardıq, gətirib vəzifələrdə oturtduq. Demirəm düşmənçilik edək, amma bizə qarşı edilən bu cinayətləri, düşmənçiliyi heç vaxt yaddan çıxarmamalıyıq. Daim bu istiqamətdə təbliğat aparmalıyıq. Dünyada, hər bir təşkilatda yerdə məsələlər qaldırmalıyıq. Və tələb etməliyik ki, Ermənistanı hərbi cinayətlərinə görə beynəlxalq məhkəməyə çıxaraq”. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI