İngiltərə Macarıstanla bacara bilmədi

06:50 13-10-2021 | icon 217 | İdman
İngiltərə Macarıstanla bacara bilmədi

Qətərdə keçiriləcək 2022-ci il Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti qarşılaşmalar baş tutub.

 

Günün ilk qarşılaşmasında Qazaxıstan millisi Astanada Finlandiya millisini qonaq edib. D qrupu komandalarının matçı skandinavların qələbəsiylə başa çatıb - 2:0.

 

Qrupun digər oyununda Ukrayna millisi Bosniya və Herseqovinanı qonaq edib. Qarşılaşmada tərəflər hərəyə bir top vuraraq sülhlə ayrılıblar - 1:1.

 

Azərbaycan millisinin də yer aldığı A qrupunda günün növbəti görüşü Portuqaliya ilə Lüksemburq arasında keçirilib. Gözlənildiyi kimi görüş prineylilərin tam üstünlüyü ilə keçib və 5:0 hesabıyla yekunlaşıb.

 

F qrupunda doğma meydanda Avstriyanın qapısından bir cavabsız top keçirən Danimarka DÇ-yə çıxışını təmin edib. 

 

I qrupunda lider İngiltərə Macarıstanla oyunda minimal hesablı heç-heçə edərək öz meydanında xal itirib. Matç meydandakı hadisələrdən daha çox tribunalarda baş verənlərlə yadda qalıb. Belə ki, macarıstanlı fanatlar oyunöncəsi diz üstə dayanan ingilislər futbolçuları fitə basıb. Polis azarkeşləri sakitləşdirmək üçün dəyənəkləri işə salmalı olub. Həmçinin, Macarıstanın hesabı bərabərləşdirməsindən sonra qonaq fanatlar tribunalarda qadağan olunmuş partlayıcı maddələr yandırıb.

 

Gecənin digər nəticələrisə aşağıdakı kimi olub:

 

DÇ-2022, seçmə mərhələ

12 oktyabr

A qrupu

Azərbaycan - Serbiya - 3:1

Portuqaliya - Lüksemburq - 5:0

 

B qrupu

Kosovo - Gürcüstan - 1:2

 

İsveç - Yunanıstan - 2:0

C qrupu

Bolqarıstan - Şimali İrlandiya- 2:1

 

Litva - İsveçrə - 0:4

 

D qrupu

Qazaxıstan - Finlandiya - 0:2

 

Ukrayna - Bosniya və Herseqovina - 1:1

 

F qrupu

Danimarka - Avstriya - 1:0

 

Farer adaları - Şotlandiya - 0:1

 

İsrail - Moldova- 2:1

I qrupu

Albaniya - Polşa - 0:1

 

İngiltərə - Macarıstan - 1:1

 

San Marino - Andorra - 0:3

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanın Ermənistana qarşı iddiası DİNLƏNİLƏCƏK

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

COVID-lə adi soyuqdəyməni necə FƏRQLƏNDİRİLMƏLİ?

Bir il ötdü

Beynəlxalq avtovağzalda bilet qalmaqalı

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Koronavirusla bağlı son STATİSTİKA

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

Məktəblər bağlanır?