Bakıda bazarda YANĞIN


Bakının Nərimanov rayonunda yanğın baş verib.
Versus.Az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Böyük bir ərazidə yerləşən meyvə-tərəvəz bazasında başlayan yanğın əvvəlcə tüstü ilə müşahidə edilib. Daha sonra yanğının miqyası genişlənib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus 7 texnika və canlı briqada cəlb edilib. Yanğın söndürülüb və hazırda soyutma işləri aparılır.
Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. /APA/
Xəbər lenti

“Xəzərin İrsi” - unikal sualtı-arxeologiya sərgisinin açılışı
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından seçmə eksponatlar...