Ölümlə nəticələnən qəzanı törədən sürücünün 19 yaşı var

11:13 13-10-2021 | icon 368 | Hadisə
Ölümlə nəticələnən qəzanı törədən sürücünün 19 yaşı var

Bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində sərnişin avtobusuna çırpılan yük avtomobilinin sürücüsünün kimliyi məlum olub.

 

Versus.Az xəbər verir ki, həmin şəxs 2002-ci il təvəllüdlü, Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğludur.

 

Qəzanı törədən şəxs artıq saxlanılıb.

 

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.

 

Belə ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər ölüb, xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər