Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

14:03 13-10-2021 | icon 1211 | Siyasət
Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

Könül İsmayılova: “Qulbeçələrinizi klavyatura arxasından yığışdırın”

 

Xəbər verdiyimiz kimi, bugünlərdə siyasi partiyaların Şuşaya səfəri oldu. Həmişki kimi bir neçə partiya bu səfərdən kənarda qaldı. Yəni açıqca bəyan etdilər ki, bu cür hökumət tərəfindən təşkilolunma üsulu ilə Şuşaya, yaxud digər işğaldan azad edilmiş ərazilərimizə getmək istəmirlər. Təbii ki, bu, onların şəxsi seçimidir. Sadəcə olaraq, onların səfərə gedənləri aşağılayıcı açıqlamaları siyasi arenada hiddətlə qarşılanır.

 

Bu günlərdə diqqəti çəkən bir başqa məqam isə Müasir Müsavat partiyasının (MMP) sədri Hafiz Hacıyevin Şuşada partiya rəhbərləri ilə kollektiv çəkilən şəkil ətrafındakı müzakirələr oldu. Qeyd edək ki, həmin paylaşımda AXCP-Müsavat çütlüyünün Şuşaya gedən partiya sədrlərini “avtobus müxalifəti” adlandırıblar. Eyni zamanda, həmin şəkildəki görüntüdə daha çox diqqəti çəkən Hafiz Hacıyev hədəfə alınaraq, müzakirəyə çıxarılıb.

 

Məsələyə münasibət bildirən MMP sədr müavini Könül İsmayılova Versus.Az-a açıqlamasında həmin şəxslərə tutarlı cavab verib.

 

Partiya yetkilisi bildirib ki, nə daxili siyasətdə, nə xarici siyasətdə, nə də ümummili məsələlərdə aktiv fəaliyyətləri görünməyən, özünü müxalifət sayan qüvvələr görünür ki, partiyaların səfərlərindən qıcıqlanmağa başlayıblar:

 

“Bu qıcıqlanmalar partiyamızın sədrinin şuşa səfərindən çəkilən şəkilləri MMP-nin “facebook” səhifəsində paylaşıldıqdan sonra daha çox üzə çıxdı. Hafiz Hacıyevin bu şəkli niyə kimlərisə narahat edir bilmirəm. Deyən gərək ki, özünüz bu cür tarixi hadisələrdən kənarda qalırsınızsa, başqalarının fəaliyyəti niyə sizi narahat edir? Bu o kəslərdir ki, ətraflarına bir neçə nəfəri yığıblar, hərəsi də bir neçə feyk profillər yaradıb ordan cəmiyyətə üfunət saçırlar. Əgər bunu özləri üçün siyasi fəaliyyət, mübarizə metodu hesab edirlərsə, onda elə layiq olduqları yerdədilər”.

 

 

Könül xanım vurğuladı ki, özünü proseslərdən kənarda saxlamaqla guya radikal müxalifət imici formalaşdırmaq istəyən bu qüvvələr, əslində hansısa məmurların əlinə göz dikən, çörəyini söyüşlə, dövlətçiliyə xidmət edən insanları təhqir etməklə qazanan zavallılardır:

 

“Hamı bilir ki, onlar kimdir və kimlər tərəfindən himayə olunurlar. Çox cılız düşüncə sərgiləyirlər. “Avtobus müxalifəti” deyib keçmiş silahdaşlarını aşağılayırlar. Eybi yox, qoy biz avtobusla gedək, siz təyyarəylə gedərsiz, siz də “təyyarə müxalifəti” deyilər. Bu qədər də dardüşüncəli olmaq olmaz da. Axı nə fərqi var ki, avtobusla gedilir. Əsas odur ki, illərdir həsrətində olduğumuz torpaqlarımızın azadlığına sevincimizi həmrəy şəkildə göstəririk. Dünyaya birliyimizi nümayiş etdiririk. Olmazdımı ki, kənardan durub təhqir etməkdənsə, siz də gedib o torpağın azadlığına sevindiyinizi göstərəydiniz?!

Axı Şuşaya getmək nə vaxtdan ayıb olub? Ay özünü “ana müxalifət” adlandıranlar, siz deyilmidiniz ki, “Qarabağı qaytarmaq lazımdır” şüarları səsləndirirdiniz? Ali Baş Komandan-Ordu-siyasi partiyalar-xalq birliyi ilə buna nail olduq, bəs niyə sevinmirsiz?! Sevinmirsiz, öz işinizdir, öz vicdanınızdır, heç olmasa bu qulbeçələrinizi klavyatura arxasından yığışdırın. Necə ki, ermənilər, farslar, Azərbaycanı sevməyən digər millətlər uğurumuza sevinmir, eyni hissləri siz də sərgiləyirsiz, onlardan fərqli görünmürsüz. Qarabağ adı olan yerlərə partiyalardan tutmuş hər kəs ayaqlarıyalın gedər. Siz və sizin kimilər getməz, Qarabağ xaric deyil ki, qaçıb orda gizlənəsiz, dövlətimizə qarşı düşməni sevindirən fikirlər səsləndirəsiniz. Siz hardan biləsiniz ki, Vətən nə deməkdir. Bir az utanın. Onu da bilin ki, o avtobusla təkcə müxalifət yox, iqtidar da gedir”.

 

K.İsmayılova onu da xatırladıb ki, radikal müxalifətin ağıllı sayılan Tofiq Yaqublusu son dəfə həbsə düşəndə onun azadlığı üçün efirlərdən hökumətə çağırış edənlərdən biri məhz bu gün hədəflədiyi Hafiz Hacıyev olub:

 

“İndi həmin Tofiq bəy Hafiz Hacıyevə qarşı elə hücuma keçib ki, sanki MMP parlamentdə təmsil olunur, hansısa vəzifələrdə üzvləri var. Yaxşı olardı ki, Tofiq Yaqublu daşı Hafiz Hacıyevə yox, lazımi ünvana atsın.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı