"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

18:13 13-10-2021 | icon 1207 | Siyasət
"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

Hafiz Hacıyev: "Mən Xankəndinin meri olanda onlara dərs keçəcəm"

 

“Tural Gəncəliyev səhv danışır. Bu cür əldəqayırma deputatlar artıq bizi can-boğaza yığıblar".

 

Versus.Az xəbər verir ki, bu fikirləri deputat Tural Gəncəliyevin “erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına töhfə vermək” məqsədilə erməni dili kursları təşkil etməsinə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

 

Hafiz Hacıyev deputata belə məsələlərə qarışmamağı tövsiyyə edib:

"Biz niyə gedib ermənilərin dilini öyrənməliyik? Ermənilər bizim torpaqlarımızda yaşayırlar, onlar bizim dilimizi öyrənməlidirlər. Mən Xankəndinin meri olanda onlara dərs keçəcəm. Onlar bizim dilimizi öyrənəcəklər. Ona görə də Gəncəliyev gedib işi ilə məşğul olsun, bu məsələlərə qarışmasın. O, Qarabağda bu günədək bir nəfər erməniylə belə ünsiyyət qura bilməyib, amma biz oradakı yüzlərlə erməni ilə işləyirik. Belə insanlar bizə baş qaxıncıdır. Haradan deputat seçildi, hansı erməni ona səs verdi, mən bilmirəm. Ona görə də gedib otursun yerində, boş-boş danışmasın. Ermənilərlə bizim güclü əlaqələrimiz var. Onlar bilirlər ki, mən ora mer gedəcəm. Gəncəliyevi də oradan seçməyiblər. İndi gələcəkdə baxarıq. Bunlar türk dilini alçaltmaq istəyirlər. Erməni kimdir ki, biz onun dilini öyrənək?! İndi mən bilirəm bu dili, ancaq bilmirəm, Gəncəliyev bilir, ya yox. Biz erməniləri özümüzə tabe etdirməliyik və onlar bizim dilimizi bilməlidirlər”. /Yenicag.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı