“Bu, İrana dvident gətirə bilərdi”

07:23 14-10-2021 | icon 432 | Siyasət
“Bu, İrana dvident gətirə bilərdi”

Yusif Bağırzadə: “Bu cür münasibət İran dövlətinə baha başa gələcək”

 

“Azərbaycan regionda sülhün, əminəmanlığın, qonşularla iqtisadi-siyasi əməkdaşlığın tərəfdarıdır. Biz şimal-cənub, şərq-qərb kommunikasiya xətlərinin açılmasında maraqlıyıq və cənab Prezident özü də 3+3 formatını təklif edib ki, bu platformada İran və Ermənistanın da iştirakını nəzərdə tutur. Amma İran və Ermənistan bundan imtina etmək üçün öz yersiz bəhanələrindən əl çəkmirlər”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Yusif Bağırzadə İranla Ermənistanın Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlıq və kommunikasiyaların açılmasına maneə yaradan hərəkətləri ilə bağlı açıqlamasında bildirib.

 

Y.Bağırzadə qeyd edib ki, bu yaxınlarda Azərbaycan Astara-Rəşt dəmir yolunun açılması ilə əlaqədar İrana 5 yüz milyona yaxın kredit verib. Azərbaycan o yolun çəkilişi ilə bağlı öz öhtəliyini yerinə yetirsə də, İran hələ də o yolun açılmasını ləngidir:

 

“Əksinə, İran öz yük maşınlarını Azərbaycanın icazəsi olmadan sərhəddən keçirib Xankəndiyə göndərmək istəyir, Xəzərdə və quru sərhədində, havada təlimlər keçirməklə Azərbaycana əzələ nümayiş etdirir, üstəlik bəzi dini liderləri məsuliyyətsiz bəyanatlar verirlər. Təbii ki, rəsmi Azərbaycan buna adekvat cavablar verdi və veriləcək. Azərbaycanı İsraillə əməkdaşlıq qurduğuna gərə ittihamlayan İran faktiki olaraq 30 ildir Azərbaycan torpaqlarını işğal edən Ermənistanla sıx əlaqələrə malikdir. Azərbaycan torpaqlarına təcavüz edən Ermənistanın İranda, İranın isə Ermənistanda səfrilikləri fəaliyyət göstərir.  Amma hələ də İsrailin Azərbaycanda, Azərbaycanın isə İsraildə diplomatik nümayəndəliyi yoxdur. Ancaq hələ prezidentin səlahiyyətlərini icra edən Yaqub Məmmədov 92-ci ilin may ayında İrana səfər edəndə Şuşanı itirmişdik. Ondan əvvəlki səfərində Xocalını itirmişdik, orada soyqırımı törədilmişdi. Bu o deməkdir ki, İran Azərbaycana qarşı səmimi deyil, İran Azərbaycanın güclənməsindən narahatdır”.

 

Politoloq bildirib ki, İran dövləti Azərbaycana qarşı səhv mövqe tutub və bu, İran dövlətinə baha başa gələcək. O, bəyan edib ki, bu gün İran Ermənistanla ticarət əlaqələri saxlamaqla heç nə qazanmayacaq:

 

“Amma İran 3+3 platdormasında Azərbaycanla əməkdaşlıq etsəydi, Rəşt-Astara və digər kommunikasiya xətlərinin açılışı olsaydı, bu, İrana dvident gətirə bilərdi”.

 

Y.Bağırzadə vurğulayıb ki, İranın Türkiyənin regionda möhkəmlənməsi və Zəngəzur dəhlizinin açılmasına maneə yaratmaq cəhdləri uğursuz olacaq. Onun fikrincə, regionda həmişə rus çarlarının, fransızların, avropalıların, indi İranın oyunçağı olmaq Ermənistan üçün mənfi haldır:

 

“Biz İranın ərazi bütövlüyünü tanımışıq. İran da Azərbaycanın ərazi bütövlüyünə hörmət eləsin. İranda hansı dövlət quruluşunun olması bizim üçün maraqlı deyil. Azərbaycan bütün qonşu dövlətlərlə qonşuluq əlaqələrini qurmaq istəyir. Az qala bu gün Ermənistan dövləti pozitiv bəyanatlar versə də, İran dini rəhbərləri, hərbçiləri başqa bəyanatlar verirlər. İranın neqativ bəyanatları vəziyyəti gərginləşdirir”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI