""MegaFon" Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərmir"

12:56 27-11-2018 | icon 479 | Gündəm
""MegaFon" Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərmir"

 

Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskovla görüşüb.

 

Versus.Az xəbər verir ki, nazirlər informasiya texnologiyaları, poçt və telekommunikasiya sahəsində Azərbaycan-Rusiya əməkdaşlığını müzakirə ediblər.

 

Ölkələr arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq, informasiya-kommunikasiya sahəsində təhsil, "ağıllı" şəhər konsepsiyasının inkişafı, mobil rabitənin keyfiyyətinə nəzarət, beynəlxalq rouminq tariflərinin aşağı salınması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Rusiya tərəfi radiotezlik spektrindən istifadəyə görə ödəniş proseduru, həmçinin Rusiya Federasiyasında 2014-cü ildən rəqəmli bərabərsizliyin aradan qaldırılması proqramı çərçivəsində universal rabitə xidmətləri istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib.

 

Ramin Quluzadə ölkəmizin sahə üzrə ikitərəfli əməkdaşlığın inkişafında, eləcə də Rusiya şirkətləri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Nazir Rusiyaya məxsus "MegaFon" operatoru tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin qarşısının alınması üçün birgə tədbirlərin təşkil olunmasının vacibliyini qeyd edib.

Rusiya tərəfi qeyd olunan şirkət tərəfindən işğal olunmuş ərazilərimizdə heç bir fəaliyyət həyata keçirilmədiyini qeyd edib və bununla bağlı nazirliyə rəsmi məlumat göndəriləcəyini bildirib.

 

Bundan başqa, Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin tam həcmdə, yüksək keyfiyyətli birbaşa kanallarla ötürülməsinin təmin edilməsi də müzakirə mövzusu olub.

 

Eyni zamanda, poçt sahəsində regional əməkdaşlığın təşkil olunması və iki ölkə arasında beynəlxalq poçtdaşımalarının mübadiləsində qarşılıqlı güzəştli çatdırma tariflərinin tətbiqi məsələsinin araşdırılması, "Azərpoçt" MMC və "Rusiya Poçtu" arasında beynəlxalq poçt rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması qərara alınıb.

 

Görüşün sonunda cari ilin 4-7 dekabr tarixlərində Bakı şəhərində keçiriləcək “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında Rusiya şirkətlərinin iştirakı barədə danışıqlar aparılıb.

 

Səfər çərçivəsində Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Sergey Aristovla təşkil olunmuş görüşdə isə cari ildə Soçi şəhərində imzalanmış “Yol xəritəsi” və "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı, eləcə də, Samur körpüsünün tikintisinin cari vəziyyəti ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

 

Görüşdə iki ölkə arasında dəniz nəqliyyatı sahəsində saziş layihələrinin imzalanmasının vacibliyi xüsusi qeyd olunub.

Hər iki görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.

 

Yelmar Nəbiyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF