Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

12:17 15-10-2021 | icon 763 | Mədəniyyət
Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Oktyabrın 14-də Nizami Gəncəvi ili çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi şairimizin əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D audiovizual proyeksiya formatında “İşıq festivalı 3D mapping” təqdimatı keçirilib.

 

Versus.Az xəbər verir ki, “İşıq Festivalı. Nizami Gəncəvi” rəngli audiovizual şousu şairin anadan olmasının 880 illiyinə həsr olunub.

 

Nizami Gəncəvi təkcə Azərbaycanda deyil, dünya ədəbiyyatında da dərin iz buraxıb. Onun əsərləri bir çox dillərə tərcümə edilib, müxtəlif ölkələrdən olan alimlər onun əsərlərinin öyrənilməsinə müraciət edirlər. XXII əsrdə Nizami Şərq İntibahının banisi olaraq İnsanı mədh edirdi. Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun verdiyi müsahibədə qeyd etdiyi kimi, - “Nizami dünya miqyaslı bir şairdir. Bütün dünyada tanınan bir insan, şair və mütəfəkkir. Təəccüblüdür ki, Nizami sağlığında doğma Gəncədən heç vaxt ayrılmadı, amma əsərləri bütün dünyaya yayıldı. Bu əsərlər hələ də oxunur. Nizaminin əsərlərinin qəhrəmanları filmlərdə, tamaşalarda, musiqi və baletdə yaşayır. Gəncəvinin fəlsəfi kəlamları bu gün də aktualdır. Təsəvvür edin ki, bu adam uzaq XII əsrdə yaşasa belə, humanizm prinsipləri, insanların bərabərliyi, insan hüquqları və cinsiyyət bərabərliyi haqqında yazmışdır. Bir neçə əsr sonra, XVIII əsrdə, Fransız filosofları da bu prinsiplərə riayət etməyə başladılar”. Nazir həm də Nizami Gəncəvinin "Sirlər xəzinəsi"ni daha çox sevdiyini vurğulayıb.

 

Audiovizual şou Amapola Exclusive Events Azərbaycan şirkəti tərəfindən Hypnotica komandası ilə birlikdə hazırlanıb. Amapola Exclusive Events şirkətinin marketinq meneceri Nərminə Zeynalova müsahibəsində bildirib ki, “Xəmsə”dən ən parlaq və əsas parçalara uyğun miniatürləri seçərək, işığın köməyi ilə “canlandırmaq" çətin bir iş olsa da, müsbət iş ortaya qoya biliblər:

"Miniatürlər xarici ölkələrin kitabxanalarında, muzeylərində və arxivlərində, o cümlədən, Rusiya Milli Kitabxanasında, Topkapı Sarayı Muzey Kitabxanasında, Kembric Universiteti nəzdində olan Fitsuilyam Muzeyində, Harvard İncəsənət Muzeyində saxlanılır. Onları bir videoya birləşdirmək üçün böyük əmək sərf etməli idik. Bizimlə bir komandada dahi şair haqqında ətraflı məlumatı olan tarixçilər, “nizamişünaslar” işləyiblər. Altı dəqiqəlik videorolik üzərində beş ay çalışmışıq”.

 

Şou oktyabr ayının 16-dək saat 20.00-dan başlayaraq 10 dəqiqə fasilə ilə şəhər sakinlərinə təqdim olunacaq.

 

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin