Yardımlı Xeyriyyə Cəmiyyətindən Mehriban Əliyevaya MÜRACİƏT

12:23 15-10-2021 | icon 443 | Cəmiyyət
Yardımlı Xeyriyyə Cəmiyyətindən Mehriban Əliyevaya MÜRACİƏT

"Rayonda “Uşaq meydançası”nın olması azyaşlı yardımlıların ən böyük arzusudur"

 

Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Elman Eldaroğlu Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

 
 
Versus.Az xəbər verir ki, müraciətdə deyilir:
 
 
"Hörmətli Mehriban xanım, narahat etməkdə məqsədimiz Yardımlı ictimaiyyətinin xahişini Sizə çatdırmaqdan ibarətdir.
 
 
Heç şübhəsiz ki, rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun xətti ilə rayonumuzda xeyli işlər görülüb və inşaa edilən məktəb və uşaq bağçalarından ictimaiyyət razılıqla danışır. Bütün bunlardan ürəklənib, məlumat veririk; bəlkə də Yardımlı yeganə rayondur ki, ərazisində bir dənə də olsun “Uşaq meydançası” yoxdur. Bu da uşaqların əylənməsi üçün rayonda şəraitin olmamasını qabarıq şəkildə biruzə verir.
 
 
Heç şübhəsiz ki, bu gün rayonda “Uşaq meydançası”nın olması azyaşlı yardımlıların ən böyük arzusudur.
Hörmətli Mehriban xanım, bunun Yardımlı rayonunda böyüyən uşaqlara necə dəyərli bir hədiyyə olacağını nəzərə alaraq, Sizdən xahiş edirik ki, bu problemin aradan qaldırılmasında münasibətinizi bildirəsiniz".
 
 
PƏRİ
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür